Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

4 saylı doğum evində tibb bacısından qaziyə qarşı HÖRMƏTSİZLİK: "Öz anan, bacın üçün vuruşmusan" - VİDEO

20.06.2024 17:54 2 340
4 saylı doğum evində tibb bacısından qaziyə qarşı HÖRMƏTSİZLİK:
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunduğu iddia edilir.
 
Median.Az
oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
 
Videoda tibb bacısı ana olan xanımı və yoldaşını otağa dəvət edərək onlara "gözaydınlığı" verib. Məlumata görə, doğulan körpənin atası qazidir və tibb bacısı qazidən "şirinlik" (rüşvət) tələb edib:
 
"Qızın atası, bilirsən ki, atalar qızını, qızlar da atasını çox istəyirlər. Təbrik edirik sizi, 2 kq 400 q çəkidə qızınız olub. Hər ikisi yaxşı vəziyyətdədir, narahat olmayın. İndi sizi də görək. Görək atası qızını nə ilə qarşılayır".
 
Qazi ona 150 manat pul verir və şirinliyin qədərinin önəmli olmadığını vurğulayır. Qazi müəssisənin dövlət xəstəxanası olduğunu xatırlatsa da, tibb bacısı rüşvətin qədərinin mühüm olduğunu deyir:
 
"Bu, birinci doğuş üçün çox azdır. Bu pulu çox bilirsənsə, götür, get, səninlə mübahisə edə bilmərəm, yorğunam".
 
Qazi Qarabağda döyüşdüyünü, böyrəyinin fəaliyyətinin pozulduğunu, sağlamlığını döyüşlərdə fəda etdiyini dedikdə isə tibb bacısının ona verdiyi cavab insanlarda qıcıq yaradıb:
 
"Nə olsun ki, bura dövlət müəssisəsidir? Qarabağda döyüşmüsən, lap yaxşı. Kişisiniz, getməlisiniz də, mənim də yoldaşım gedib. Mənim üçün yox, öz anan, bacın üçün döyüşmüsən".
 
Məsələ ilə bağlı aidiyyəti üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, iyunun 19-u saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəzdində yerləşən 4 saylı doğum evinə müraciət edib:
 
"19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.
 
Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək".


Son xəbərlər