Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:49 Bakıda yeni beynəlxalq turnir keçirilib  |     23:49 Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”  |     23:44 Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb  |     23:39 Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər  |     23:33 Azərbaycanda 28 sığorta agentinin lisenziyası bərpa edilib  |     23:27 Ukraynalılar Slovakiyada təlim keçir  |     23:22 Fransa yığmasının sabiq futbolçusu azadlıqdan məhrum edilib  |     23:15 Abşeronda mənzildə kişi meyiti aşkarlanıb  |     23:09 Politoloq: "Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar"  |     23:03 Viktor Orban yenidən Macarıstanın Baş naziri olub  |     22:56 Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb  |     22:50 "Qəbələ" Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb  |     22:44 Azərbaycan Gürcüstan üçün alternativ un idxalı bazarı kimi təklif olunur  |     22:37 İçərişəhərdə qanunsuz tikinti aparılırmı?  |     22:31 Azərbaycanın sənaye istehsalı 3 % artıb  |     22:22 Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb - FOTO  |     22:15 Qazaxıstanın sabiq idman naziri damarlarını kəsib  |     22:08 Azərbaycanın “Avroviziya”nın münsif heyətindən uzaqlaşdırılmasına aydınlıq gətirilib  |     22:00 Bəzi ərazilərdə su KƏSİLƏCƏK  |     21:54 İş yerini dəyişən şəhid ailəsi üzvü müəllimlərin sayı açıqlanıb  |    

Azərbaycanda topuq testinin tətbiqinə başlanılıb
Azərbaycanda topuq testinin (“neonatal skrininq”) tətbiqinə başlanılıb.

Bu barədə "Report"a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ÜST-ün tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib. Neonatal skrininqlərdə - topuq testi götürülərək irsi xəstəliklərin diaqnostikası aparılır. Müayinə nəticəsində xəstəlik aşkar olunduqda və ya şübhəli testlərdə ailə ilə əlaqə saxlanılaraq aidiyyatı ilkin səhiyyə müəssisəsinə məlumat verilir.

Topuq testi vasitəsilə yenidoğulmuş uşaqlarda beş irsi xəstəliyin diaqnostikası həyata keçirilir və beləcə xəstəliklərin erkən aşkarlanması və ağır nəticələrin əmələ gəlməsinin qarşısını almağa köməklik edir.

Qeyd edək ki yenidoğulmuşların skrininqi tibbi xidmətin keyfiyyətini qaldırmaqla bərabər, dövlətin sosial-iqtisadi siyasətinin bir hissəsidir. Neonatal skrininq Azərbaycan Prezidentinin sərancamı ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Artıq Səhiyyə Nazirliyinin aldığı avadanlıq TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tamamlanmış xüsusi reaktivlər təhciz olunaraq skrininqin icrasına start verilib. Azərbaycanın bütün tibb müəssisələrində həkim və tibb bacıları üçün topuq testi ilə əlaqədar treninqlər keçirilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            426 12.05.22 22:29