ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:49 Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”  |     23:44 Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb  |     23:39 Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər  |     23:33 Azərbaycanda 28 sığorta agentinin lisenziyası bərpa edilib  |     23:27 Ukraynalılar Slovakiyada təlim keçir  |     23:22 Fransa yığmasının sabiq futbolçusu azadlıqdan məhrum edilib  |     23:15 Abşeronda mənzildə kişi meyiti aşkarlanıb  |     23:09 Politoloq: "Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar"  |     23:03 Viktor Orban yenidən Macarıstanın Baş naziri olub  |     22:56 Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb  |     22:50 "Qəbələ" Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb  |     22:44 Azərbaycan Gürcüstan üçün alternativ un idxalı bazarı kimi təklif olunur  |     22:37 İçərişəhərdə qanunsuz tikinti aparılırmı?  |     22:31 Azərbaycanın sənaye istehsalı 3 % artıb  |     22:22 Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb - FOTO  |     22:15 Qazaxıstanın sabiq idman naziri damarlarını kəsib  |     22:08 Azərbaycanın “Avroviziya”nın münsif heyətindən uzaqlaşdırılmasına aydınlıq gətirilib  |     22:00 Bəzi ərazilərdə su KƏSİLƏCƏK  |     21:54 İş yerini dəyişən şəhid ailəsi üzvü müəllimlərin sayı açıqlanıb  |     21:46 BMT: "Müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsul olacaq"  |    

ABŞ dövlət katibi Prezident İlham Əliyevə zəng edib
Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında ABŞ dövlət katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.

ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.

Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            648 11.05.22 23:29