Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdə olublar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:49 Nazir: “Avroviziya”nın Ukraynada keçirilməsi üçün hər şeyi edəcəyik”  |     23:44 Almaniya Bundesliqasında mövsümünün futbolçusu açıqlanıb  |     23:39 Cəlilabadda məktəb qəzalı vəziyyətdədir, dağıla bilər  |     23:33 Azərbaycanda 28 sığorta agentinin lisenziyası bərpa edilib  |     23:27 Ukraynalılar Slovakiyada təlim keçir  |     23:22 Fransa yığmasının sabiq futbolçusu azadlıqdan məhrum edilib  |     23:15 Abşeronda mənzildə kişi meyiti aşkarlanıb  |     23:09 Politoloq: "Üçüncü müharibə başlasa, bu, erməni dövlətçiliyinin sonu olar"  |     23:03 Viktor Orban yenidən Macarıstanın Baş naziri olub  |     22:56 Avropa Komissiyası avrozonada ÜDM-in artımına dair proqnozunu azaldıb  |     22:50 "Qəbələ" Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb  |     22:44 Azərbaycan Gürcüstan üçün alternativ un idxalı bazarı kimi təklif olunur  |     22:37 İçərişəhərdə qanunsuz tikinti aparılırmı?  |     22:31 Azərbaycanın sənaye istehsalı 3 % artıb  |     22:22 Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb - FOTO  |     22:15 Qazaxıstanın sabiq idman naziri damarlarını kəsib  |     22:08 Azərbaycanın “Avroviziya”nın münsif heyətindən uzaqlaşdırılmasına aydınlıq gətirilib  |     22:00 Bəzi ərazilərdə su KƏSİLƏCƏK  |     21:54 İş yerini dəyişən şəhid ailəsi üzvü müəllimlərin sayı açıqlanıb  |     21:46 BMT: "Müharibə uzanarsa, hər 10 ukraynalıdan 9-u yoxsul olacaq"  |    

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdə olublar
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısı və birinci xanım “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Daha sonra dövlətimizin başçısı müraciət edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            693 10.05.22 19:07