“MTV”nin yayımı səkkiz saatlıq dayandırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“MTV”nin yayımı səkkiz saatlıq dayandırılacaq

22 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

İclasda son günlər geniş müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.

Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə “MTV” televiziya kanalının efirində 12.00–15.00 arası yayımlanan “Tarixin bir günü” proqramında həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərinin həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrı-seçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş “MTV” televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək səkkiz saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 22.02.24 17:21