İranın Baş Qərargah rəisi: “Hər zaman Azərbaycanın yanında olacağıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin görüşü keçiriləcək  |     13:12 Xaçmazda xalasının evindən oğurluq edən şəxs TUTULDU  |     13:03 Bakı-Sumqayıt yolunda “yüz manat” yağışı: Maşından küçələrə pul səpən şəxs TUTULDU  |     12:35 Filarmoniya gecə klubuna çevrilib? - VİDEO  |     12:24 Bakıda keçmiş məhkum oğurladığı maşını qardaşına hədiyyə etdi  |     12:05 Tovuzda qadından doğuşa görə 600 manat tələb edilib?  |     11:52 Polis Ermənistan parlamentinin keçmiş sədr müavinini saxlayıb  |     11:46 Bakıda ağır qəza: Altı avtomobil bir-birinə çırpıldı  |     11:31 İsveç və Finlandiya bu gün NATO-ya üzvlük ərizəsini təqdim edəcəklər  |     22:33 Mərkəzi Bankın rəhbərliyi ötən il 1 mln manatdan çox maaş alıb - RƏSMİ  |     22:32 DİN-dən “Rəisim” mahnısına REAKSİYA  |     22:27 Zelenski Makronla müzakirə etdiyi məsələləri açıqladı  |     22:01 Bakıda taksi sürücüsü ilə sərnişin xanım mübahisə edib - VİDEO  |     21:44 İranda zəlzələ baş verdi  |     21:31 Keçmiş MTN əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib  |     21:30 Goranboyda qəza olub, xəsarət alanlar var  |     20:59 Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb  |     20:32 Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı  |     20:08 Azərbaycanda son sutkada 7 nəfər COVID-19-a yoluxub, ölən olmayıb – FOTO  |     19:43 Azərbaycan Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək  |    

İranın Baş Qərargah rəisi: “Hər zaman Azərbaycanın yanında olacağıq”
“İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. Azərbaycanın ərazilərini işğaldan etməsi İranı sevindirir. Biz öz ölkəmizin ərazi bütövlüyü kimi, Azərbaycanın da ərazi bütövlüyünə həssaslıqla yanaşırıq”.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeri deyib.

O bildirib ki, İran Azərbaycan ilə hərbi sahədə əməkdaşlıqda maraqlıdır. Təcrübə mübadiləsi üçün qarşılıqlı səfərləri artırmaq lazımdır. İran ordusu hərbi-tibbi və hərbi-texniki sahələrdə əməkdaşlıq imkanlarına malikdir. Qarşılıqlı əməkdaşlıq hər iki dövlətin ordusunun daha da güclənməsinə töhfə verə bilər.

Məhəmmədhüseyn Baqeri qeyd edib ki, İran heç vaxt öz ərazisindən Azərbaycan əleyhinə istifadə olunmasına icazə verməz. İran Azərbaycan Prezidentinin regionda “3+3” formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir. Bölgə dövlətləri regiondakı problemləri həll etmək imkanına malikdir.

“Biz birmənalı şəkildə bəyan edirik ki, İran hər zaman Azərbaycanın yanında olacaq”, - deyən general-leytenant Məhəmmədhüseyn Baqeri Azərbaycanın İran üçün dost və qardaş dövlət olduğunu bildirib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 26.01.22 15:18