TƏBİB Şəmkirdə dönərdən zəhərlənənlərin durumunu açıqlayıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

TƏBİB Şəmkirdə dönərdən zəhərlənənlərin durumunu açıqlayıb - YENİLƏNİB

TƏBİB Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Median.Az
xəbər verir ki, bu barədə TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, fevralın 12-də Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-də isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Qeyd olunub ki, onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb, vəziyyətləri qənaətbəxşdir.

* * * * *

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

Median.Az
report-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            351 14.02.24 13:59