Göz xəstəliyi olanlara XƏBƏRDARLIQ: “Omikron”un risk qrupundadırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Türkiyə, Rusiya, Ukrayna və BMT heyətlərinin görüşü keçiriləcək  |     13:12 Xaçmazda xalasının evindən oğurluq edən şəxs TUTULDU  |     13:03 Bakı-Sumqayıt yolunda “yüz manat” yağışı: Maşından küçələrə pul səpən şəxs TUTULDU  |     12:35 Filarmoniya gecə klubuna çevrilib? - VİDEO  |     12:24 Bakıda keçmiş məhkum oğurladığı maşını qardaşına hədiyyə etdi  |     12:05 Tovuzda qadından doğuşa görə 600 manat tələb edilib?  |     11:52 Polis Ermənistan parlamentinin keçmiş sədr müavinini saxlayıb  |     11:46 Bakıda ağır qəza: Altı avtomobil bir-birinə çırpıldı  |     11:31 İsveç və Finlandiya bu gün NATO-ya üzvlük ərizəsini təqdim edəcəklər  |     22:33 Mərkəzi Bankın rəhbərliyi ötən il 1 mln manatdan çox maaş alıb - RƏSMİ  |     22:32 DİN-dən “Rəisim” mahnısına REAKSİYA  |     22:27 Zelenski Makronla müzakirə etdiyi məsələləri açıqladı  |     22:01 Bakıda taksi sürücüsü ilə sərnişin xanım mübahisə edib - VİDEO  |     21:44 İranda zəlzələ baş verdi  |     21:31 Keçmiş MTN əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib  |     21:30 Goranboyda qəza olub, xəsarət alanlar var  |     20:59 Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb  |     20:32 Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı  |     20:08 Azərbaycanda son sutkada 7 nəfər COVID-19-a yoluxub, ölən olmayıb – FOTO  |     19:43 Azərbaycan Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək  |    

Göz xəstəliyi olanlara XƏBƏRDARLIQ: “Omikron”un risk qrupundadırlar
Müəyyən göz xəstəlikləri olan şəxslər “Omikron”a daha həssas olan insanların kateqoriyasına daxildir.

Bu barədə rusiyalı oftalmoloq, tibb elmləri doktoru, Dövlət Dumasının Sağlamlığın Mühafizəsi Komitəsinin eksperti Tatyana Şilova xəbərdarlıq edib.

“Əvvəla, bu, görmə orqanının qişasının bütövlüyünün pozulduğu xəstəliklərə aiddir, yəni quru göz sindromu, allergik təzahürlər, iltihab, konjonktivit və keratit (gözün buynuz qişasının iltihabı)”, - deyə o, izah edib.

Onun sözlərinə görə, selikli qişası artıq hansısa dağıdıcı proses nəticəsində zədələnmiş şəxslər risk qrupuna daxildir.

“Bu zaman hər hansı bir yoluxucu agentin, o cümlədən koronavirusun içəri daxil olma ehtimalı daha yüksəkdir”, - deyə Şilova əlavə edib.

Oftalmoloq həmçinin qeyd edib ki, digər ştamlarla müqayisədə “Omikron” göz xəstəliyi olanlar üçün daha çox yoluxma riski daşıyır.

“Bununla belə, “Omikron”un görmə orqanından nüfuz etməyi asanlaşdıran heç bir xüsusi mexanizm yoxdur. Ştammın bu xüsusiyyəti daha yüksək səviyyəli yoluxuculuğu ilə əlaqələndirilir”, - deyə həkim sözlərini yekunlaşdırıb.

//Lenta.ruскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            258 26.01.22 12:25