Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Rusiya XİN Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayıb

09.02.2024 19:09 1 596
Rusiya XİN Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayıb
“Rusiya Azərbaycanda prezident seçkisinin uğurla keçirilməsini alqışlayır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Rusiya tərəfi Azərbaycanda seçkinin uğurla keçirilməsini alqışlayır və Azərbaycan Respublikası ilə müttəfiqliyin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, beynəlxalq və regional məsələlər üzrə fəal birgə işə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsinə sadiqdir”, - bəyanatda qeyd olunub.

Rusiya XİN Prezident Vladimir Putinin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi səmimi qəlbdən təbrik etdiyini və ona təbrik məktubu ünvanladığını xatırladıb:

“Məktubda qeyd olunub ki, səsvermənin nəticələri Azərbaycan Prezidentinin yüksək siyasi nüfuzunu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyi kursa ümumxalq dəstəyini tam təsdiq edir”.

Bəyanatda bildirilib ki, Azərbaycanda keçirilən seçkini 790 beynəlxalq müşahidəçi izləyib:

“Rusiya Federasiyası 148 nümayəndəni, o cümlədən Federal Məclis, MDB İcraiyyə Komitəsi və Parlamanet Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı və ATƏT DTİHB vasitəsilə göndərib. MDB-nin Baş katibi Sergey Lebedev seçkinin demokratik iradənin ifadəsi prinsiplərinə uyğun keçdiyini, seçicilərin böyük fəallığının müşahidə olunduğunu vurğulayıb. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinin sözlərinə görə, səsvermə rəqabətli, alternativ əsasda və əlverişli atmosferdə keçib. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min seçkilərin açıq və şəffaf keçirilməsinə diqqət çəkib. Bütün bunların fonunda Qərb dövlətlərinin və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələri son dərəcə qərəzli görünür. Onlar əvvəlcədən də Azərbaycanda prezident seçkisinə son dərəcə qərəzli yanaşıb və seçki prosesini gözdən salmaq üçün əvvəlcədən təsdiqlənmiş üsullardan istifadə ediblər”.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində liderdir.

Son xəbərlər