Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb |
Mojo.az Avto
Mojo.az Avto

NEWS.ru: “Bakıdan Qarabağa - Azərbaycan İlham Əliyevi prezident seçdi”

08.02.2024 11:44 2 010
NEWS.ru: “Bakıdan Qarabağa - Azərbaycan İlham Əliyevi prezident seçdi”
“Fevralın 7-də axşam saatlarında Azərbaycan vətəndaşları prezident seçkisində İlham Əliyevin qələbəsini qeyd etmək üçün küçələrə axışıblar. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 54 faizinin məlumatları işləndikdən sonra hazırkı dövlət başçısı növbədənkənar seçkidə iştirak edənlərin 92,1 faizinin səsini toplayıb. Seçici fəallığı 76,73 faiz olub”.

Bu barədə NEWS.ru-nun reportajında bildirilir.

Qeyd olunur ki, seçki məntəqələrində səhər saatlarından sıxlıq müşahidə olunub. Səsvermə şəffaf və pozuntu olmadan keçib.

“Prosesdən əvvəl çoxlu hazırlıq işləri aparılıb. Son iki ayda Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları həm Bakıda, həm də yerli yerlərdə seçki prosesinin bütün iştirakçıları üçün treninqlər keçirib. İnsanlara seçicilərlə necə davranmaq, qeydiyyatdan keçmək, səsvermənin gedişini müşahidə etmək öyrədilib. Bu iş nəticəsiz qalmayıb. Bunu bütün seçki məntəqələrində belə aydın, mütəşəkkil səsvermə sübut edir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səsvermə xüsusi həyəcanla səciyyələnib. Sonradan təsdiqləndiyi kimi, məhz Qarabağda seçici fəallığı rekord həddə çatıb. Məsələn, Zəngilan-Qubadlı bölgəsində 71 faizi ötüb. Laçın şəhərindəki seçki məntəqəsinin qarşısında NEWS.ru reportyorları əsl izdihamla qarşılaşıblar. Məlum olduğu kimi, Laçın Qarabağ münaqişəsində əsas rol oynayıb. Məhz buradan 1990-cı illərin əvvəllərindən 2020-2023-cü illər hərbi əməliyyatları zamanı işğaldan azad olunana qədər İrəvanı erməni separatçıları tərəfindən ələ keçirilən Azərbaycan rayonları ilə birləşdirən məşhur Laçın dəhlizi keçib. Laçındakı daha bir seçki məntəqəsi dağın başında yerləşən məktəb binasında açılıb. Bu, yəqin ki, Laçının ən hündür nöqtəsidir”, - materialda vurğulanıb.

Son xəbərlər