2450 manatdan obyektlər, 1500 manatdan avtomobillər satışa çıxarılır - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?  |     23:53 Südün bilmədiyiniz ZİYANI aşkar olunub  |     23:48 Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb  |     23:44 Norveç tursitlər üçün karantin öhdəliyini ləğv etdi  |     23:36 Evdə partlayış oldu, baba və nəvəsi xəsarət aldı  |     23:30 Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)  |     23:21 Məmmədyarov Karlsenə uduzdu  |     23:15 Goranboyda 39 yaşlı qadın dərmandan zəhərlənib  |     23:08 Qazaxıstanın bütün ərazisində antiterror rejimi ləğv edilib  |     22:59 "Azerreyl" uduzub, UNEC ilk qələbəsini qazanıb  |     22:45 DİM qəbul proqramlarında edilən dəyişiklikləri açıqlayıb  |     22:40 Sankt-Peterburqda şəhərin müdafiəsində iştirak edən azərbaycanlıların xatirəsi əbədiləşdirilə bilər  |     22:33 Bitkoin yenidən bahalaşıb  |     22:28 "Qalatasaray"ın hücumçusuna qarşı istintaq işi açılıb  |     22:20 İraq İranla səhiyyə sahəsində əməkdaşlığa dair saziş imzalayıb  |     22:07 Azərbaycanda elektrik enerjisi istehsalı 8% artıb  |     22:00 Azərbaycanda daha bir şirkət valyuta mübadiləsi fəaliyyətinə lisenziya alıb  |     21:54 Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbləri açıqlanıb  |     21:47 Rusiya Azərbaycandan idxal olunan 14 tona yaxın bibəri geri qaytarıb  |     21:39 Bakıda məktəbdə müəllim döyülüb, saxlanılan var  |    

2450 manatdan obyektlər, 1500 manatdan avtomobillər satışa çıxarılır - FOTO
15 fevral tarixində 24 dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, bunlardan 11-i kiçik dövlət müəssisə və obyekti, 1-i yarımçıq tikili, 12-i isə nəqliyyat vasitəsidir.

Bu dəfə də hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət baxımından çoxçeşidlidir. Belə ki, ilkin satış qiyməti 2 450 manat və 102 500 manat aralığında olan əmlaklar Mingəçevir, Şəmkir, Balakən, Xızı və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Yaponiya istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1986-2009-cu illər arasında dəyişir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin satış qiyməti 1500 manatdan başlayır və 7000 manata qədər artır.


Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından və ya özəlləşdirmə portalından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            93 14.01.22 19:07