Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:55 Azərbaycanda iki uşaq anası dəm qazından zəhərlənərək ölüb  |     12:35 Röya Ayxanın qardaşı nişanlandı - VİDEO  |     12:33 Nəsimidə “Opel”lə “Prius” toqquşdu  |     12:31 Maqsud Mahmudovun istintaqı başa çatıb: 90 nəfər zərərçəkən var  |     12:28 “Meta” dünyanın ən güclü superkompüterini yaradıb  |     12:27 Türkiyənin turizm mərkəzindən dronla qar mənzərələri - VİDEO  |     12:27 “Tesla” Türkiyə bazarına daxil oldu  |     12:25 Göz xəstəliyi olanlara XƏBƏRDARLIQ: “Omikron”un risk qrupundadırlar  |     12:24 Tayland marixuananı leqallaşdıran ilk Asiya ölkəsi oldu  |     12:23 Fransada COVID-ə yoluxmada yeni antirekord qeydə alınıb  |     12:19 Bakı Apellyasiya Məhkəməsinin sədri koronavirusa yoluxdu  |     11:31 Abşeronda dayı bacısı oğlunu güllələyib  |     23:59 Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?  |     23:53 Südün bilmədiyiniz ZİYANI aşkar olunub  |     23:48 Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb  |     23:44 Norveç tursitlər üçün karantin öhdəliyini ləğv etdi  |     23:36 Evdə partlayış oldu, baba və nəvəsi xəsarət aldı  |     23:30 Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)  |     23:21 Məmmədyarov Karlsenə uduzdu  |     23:15 Goranboyda 39 yaşlı qadın dərmandan zəhərlənib  |    

Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir?
“Başqa mutasiyalardan fərqli olaraq, “Omikron”dan sağalma əksər hallarda daha tez baş verir”.

Bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib.

O qeyd edib ki, koronavirus infeksiyasının “Omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün):

“Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, onun artıq bir sıra ölkələrdə “Delta” ştammını sıxışdıraraq qısa müddət ərzində dominant ştamma çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “Omikron” ştammı əksər hallarda daha yüngül keçir, əvvəlki ştammlarla müqayisədə ağır pnevmoniyanın inkişafı daha az rast gəlir, proses əsasən yuxarı tənəffüs yollarında yerləşir”.

T.Eyvazov bildirib ki, koronavirusun “Omikron” variantında yoluxduruculuq, yəni aşkar edilməsi dövrü daha qısadır. Buna əsasən, karantin dövrü bəzi ölkələrdə xəstəliyin formasından asılı olaraq 5-7-9 günədək qısaldılıb.

Ekspert başqa mutasiyalardan fərqli olaraq, sağalmanın əksər hallarda daha tez baş verdiyini deyib:

“Omikron” və təkrar xəstələnmə hallarından mövcud immuniteti (xəstələnmə və ya vaksinasiya nəticəsində əldə edilmiş) güclü olanlar şəxslər daha çox yayına bilir. Həmçinin tam vaksin olunmuşların xəstələnməsi hallarına daha az rast gəlinir (qorunmaq səviyyəsinin artırılması üçün buster doza tələb olunur)”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 14.01.22 17:27