Nə Quranı oxuya bilir, nə də oxuduğunun mənasını: Amma mollalıq edir - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:31 Abşeronda dayı bacısı oğlunu güllələyib  |     23:59 Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?  |     23:53 Südün bilmədiyiniz ZİYANI aşkar olunub  |     23:48 Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb  |     23:44 Norveç tursitlər üçün karantin öhdəliyini ləğv etdi  |     23:36 Evdə partlayış oldu, baba və nəvəsi xəsarət aldı  |     23:30 Azad olunan ərazilərdə 3 gömrük postu quruldu (ADLAR)  |     23:21 Məmmədyarov Karlsenə uduzdu  |     23:15 Goranboyda 39 yaşlı qadın dərmandan zəhərlənib  |     23:08 Qazaxıstanın bütün ərazisində antiterror rejimi ləğv edilib  |     22:59 "Azerreyl" uduzub, UNEC ilk qələbəsini qazanıb  |     22:45 DİM qəbul proqramlarında edilən dəyişiklikləri açıqlayıb  |     22:40 Sankt-Peterburqda şəhərin müdafiəsində iştirak edən azərbaycanlıların xatirəsi əbədiləşdirilə bilər  |     22:33 Bitkoin yenidən bahalaşıb  |     22:28 "Qalatasaray"ın hücumçusuna qarşı istintaq işi açılıb  |     22:20 İraq İranla səhiyyə sahəsində əməkdaşlığa dair saziş imzalayıb  |     22:07 Azərbaycanda elektrik enerjisi istehsalı 8% artıb  |     22:00 Azərbaycanda daha bir şirkət valyuta mübadiləsi fəaliyyətinə lisenziya alıb  |     21:54 Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin səbəbləri açıqlanıb  |     21:47 Rusiya Azərbaycandan idxal olunan 14 tona yaxın bibəri geri qaytarıb  |    

Nə Quranı oxuya bilir, nə də oxuduğunun mənasını: Amma mollalıq edir - VİDEO
Məmləkət əhlinin əksəriyyəti müsəlmandır.

Toylarında olmasa da, yaslarında müsəlmanlığın bir-iki qaydasına əməl edirlər ki, bunlardan biri də ölənin məclisində və ya qəbri üstündə Quran oxutmaqdır. Lakin həm diplomlu, həm diplomsuz mollalar dini ayinlərin icrası, o cümlədən Quran oxunması üçün tarif müəyyənləşdiriblər və hərə öz fərasəti ilə bu qaydanı pozmamağa çalışır.

Paytaxtın Yasamal qəbiristanlığında da vəziyyət eynidir. Gördükləri hər adama müştəri gözü ilə baxan mollalardan bir neçəsinə yaxınlaşıb “Yasin” oxutdurduq. Lakin bu mollaların oxuduqlarını özlərinin başa düşmələri bir yana, ümumiyyətlə, nə təcvid, nə qiraət, nə bəlağət, nə də Quranın digər nəzəri qaydalarından xəbərləri var idi.

Yaxınlaşdığımız başqa bir molla vəziyyətdən çıxmaq üçün bizi tanıdığını, sosial şəbəkələrdə söhbətimizə qulaq asdığını dedi. Amma hansı söhbəti nəzərdə tuturdu, özümüz də bilmədik.

Qəbiristanlıqlardakı mövcud vəziyyətlə bağlı Qafqaz Müsəlmanları İdarəsindən bildirildi ki, məzarlıqlarda mollaların fəaliyyətinə onlar nəzarət etmir. Qurum ancaq məscidlərin imamlarını təyin edir.

Vəziyyət belə olduqda, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bu qurumdan isə deyildi ki, Yasamal qəbiristanlığı onların yox, yerli bələdiyyənin balansındadır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            90 14.01.22 15:20