22:50 20 NATO ölkəsi Ukraynanın alyansa üzvlüyünü rəsmən dəstəkləyib  |     22:39 “Mançester Siti”nin sahibi 13 ildən sonra ilk dəfə komandasının matçını izləyəcək  |     22:26 Xəzərin suyunda kəskin azalma: Bu təbii prosesdir, yoxsa...  |     22:07 Yaponiyada aeroportda sərnişinlərlə dolu iki təyyarə toqquşdu - VİDEO  |     21:09 Ərdoğan UEFA Prezidentini qəbul edib  |     20:11 Kanada Ukraynaya 373 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək  |     20:04 Britaniya Ukraynaya humanitar yardım göstərəcək  |     19:55 İranda leysan nəticəsində 17 əyalətdə sel və daşqın baş verib  |     19:49 Niderlandda sənaye zonasında güclü yanğın baş verib  |     19:39 Bakı sakininin bank hesabından pul oğurlanıb  |     19:31 Bakıda gənc qızı avtomobil vurub  |     19:22 Sabirabadda 48 yaşlı kişi intihar edib  |     19:11 Somalidə silahlılar otelə hücum edib, ölənlər var  |     19:04 Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb  |     18:44 Bakıda məhbus həbsxanada ölüb  |     18:13 Kaxovka SES-in bəndinin partladılması nəticəsində itkin düşənlərin sayı 27-yə çatıb  |     17:59 Qazaxıstanda meşə yanğınları FHN rəhbərinin işdən qovulması ilə nəticələndi  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:50 Qohumunun maşınını oğurlayan şəxs Quba yolunda tutuldu  |     17:43 Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI  |    
Uşaqlarda iştahsızlıq varsa...
Son illərdə əksər valideynlər uşaqların iştahsız olmasından şikayətlənir. Belə olan halda valideynlər uşaqlara zorla qidalandırmağa çalışırlar.

İştahsızlıq nə zaman normal hal, nə zaman xəstəlik əlaməti sayılır? Uşaq qidalanmaqdan imtina edirsə, nə etmək lazımdır?

E-tibb.az pediatr, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Nigar Sədiyevanın bununla bağlı fikirlərini təqdim edir:

Valideynlər uşağın iştahasızlığından şikayət edirsə, bu, araşdırılmalıdır.

Xüsusilə, uşağın böyümə və inkişafının yaşına uyğun olub-olmadığını araşdırmaq lazımdır. Daha sonra bunun orqanik bir vəziyyət olub-olmadığına baxılmalıdır.

Anemiya, bağırsaq parazitləri, qastroezofaqal reflüks, sink defisiti, qızdırma, qulaqda infeksiya, sidik yolları infeksiyası, tənəffüs yolları infeksiyaları, metabolik xəstəliklər uşaq həkimi tərəfindən araşdırılmalıdır. Uşağın böyüməsi zamanı iştaha dəyişiklik göstərə bilir. Uşaqda fiziki bir problem aşkar edilmədikdə psixo-sosial-davranış pozulması düşünülə bilər. Uşağın yaşadığı sıxıntı, həyəcan, kədər, ailədaxili uyğunsuzluq kimi neqativ duyğular da iştahına təsir edir.

2-5 yaşlar arasında uşaqların böyümə intensivliyi nisbətən azalır, dolayı yolla desək, çox yedizdirilməyə ehtiyacı yoxdur. Bu dövrdə ailələr təbii olaraq, uşaq az yeyir diyə, narahat olmağa başlayırlar. Uşağın ehtiyacından çox yemək yeməsini tələb edirlər və ya gözləyirlər. Bir məqamı unutmayaq, sağlam bir uşaq, tələbatı qədər yeyəcəkdir.Bu dövrdə ailənin həyəcanlarından yaranan yemək yemə problemləri meydana gəlir. Nazlanma, yemək yemə müddətini uzatma, yemək seçmə, çox təzyiq edilərsə, imtina etmə, qusma müşahidə oluna bilir. Ailənin daha çox israr etməsi bu tablonu hər yemək prosedurunda təkrarlanan hala gətirir. Artıq ana-ata və uşaq qarşılıqlı inadkarlıq vəziyyətinə gəlir. Halbuki, çox zaman uşağın sağlamlığını təhlükəyə salan bir vəziyyət olmur. Lakin bəzən bir qrup xəstəliklərlə əlaqədar uşaqda iştahasızlıq ola bilər. Belə vəziyyətlər mütləq həkim tərəfindən dəyərləndirilməlidir.

Sağlam uşaqların iştahsız olmalarının səbəbləri nələrdir?

- Ana-atanın uşağın üstünə çox düşmələri

- Yemək yemə qaydalarında çox sərtlik

- Uşağı yemək yemə ilə bağlı hədələmək

- Uşağı qusma dərəcəsinə gələnə qədər yedizdirmək

- Özü yeyə biləcəyi yaşlarda belə, uşağı ananın yedizdirməsi

- Uşağı sevmədiyi yeməkləri yeməyə məcbur etmə

- Yemək yemədiyi və az yediyi zamanlar uşağa duygusal və ya fiziki cəza vermək

- Uşağa müntəzəm olaraq, başqa uşaqları nümunə göstərmək

Bu və ya buna bənzər səbəblər uşağın yemək yeməyi rədd etməsinə səbəb olur. Unutmayın, yemək yemədən imtina və ya hədsiz çox yemə, uşağın xüsusilə ana ilə, sağlam ünsiyyət və sevgi ehtiyaclarının ödənilməməsinin nəticəsi olur. Onlarla sağlam ünsiyyət quraq, davranışlarımızla gözəl nümunə olaq.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            486 13.01.22 22:27