Mojo.az Banner
14:32 Bu il Azərbaycan iqtisadiyyatına 13 milyard manat pul qoyulub  |     14:14 Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  |     14:08 34 nəfər Almaniyadan Azərbaycana geri qaytarıldı  |     14:06 Lökbatanda yük maşını reklam dirəyinə çırpıldı: Xəsarət alan var (Video)  |     13:56 Türkiyədə məşhur aparıcı saxlanıldı  |     13:54 Azərbaycan nefti bahalaşıb  |     13:34 Delhidə 250-dən çox uçuş təxirə salındı  |     13:15 Astarada arvadını döyüb pəncərədən qaçan şəxs həbs edilib  |     12:39 Türkiyədə genişmiqyaslı əməliyyat: Daha bir neçə məşhurun saxlanılma qərarı verildi (Yenilənib)  |     12:34 Liseyin 131 min manatını mənimsəyən direktor: "Özümə əlavə dərs saatları yazdırdım"  |     12:33 Qubada AVTOQƏZA: Ölən var  |     12:30 Ağdamda traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başlanılıb  |     12:28 Butanda 10 000 "Bitcoin"ə yeni şəhər salınacaq  |     12:21 Nərimanov rayonundakı səki piyadalar üçün yararsız vəziyyətə düşüb (Video)  |     12:06 Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş  |     11:41 Qusarda qadın əri tərəfindən öldürüldü  |     11:39 Ordubadı qazla təmin edən kəmərdə qəza olub  |     11:36 Sürücülər üçün XƏBƏRDARLIQ: Bu vəziyyətdə radarlar işə düşür  |     11:31 Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxsi polis saxladı  |     11:22 Astara sakinlərinin nəzərinə - İşıq olmayacaq!  |    
Left Banner
Right Banner

Sabah Bakıda bağlı olacaq yolların SİYAHISI

19.01.2024 12:09 1 440
Sabah Bakıda bağlı olacaq yolların SİYAHISI
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.скачать dle 11.3