Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü

08.12.2023 22:40 3 411
Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü
Rusiya paytaxtı Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

Aleksey Overçuk və Şahin Mustafayev Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edən ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Görüşdə qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artıb.

Tərəflər əməkdaşlığın bütün sahələri üzrə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Son xəbərlər