Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü - FOTO

06.12.2023 22:13 2 136
İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü - FOTO
İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.

30 noyabr tarixində günorta saatlarında baş verən qəza zamanı motosiklet sürücüsü, 38 yaşlı Yunus Emre Göçer hərəkətdə olan motosikletinin sürətini azaldıb və yolun kənarında saxlamaq istəyib. Eyni istiqamətdə hərəkət edən Somali prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun avtomobili motosikletə arxadan çırpılıb. Nəticədə Yunus Emre Göçer ağır yaralanıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları motosiklet sürücüsünü təcili yardımla xəstəxanaya aparıb və o, reanimasiyada müalicə olunub.

Somali prezidentinin oğlu isə polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qəza anı anbaan təhlükəsizlik kamerasına əks olunub.

Nəticədə biri əlil olan iki uşaq atası Yunus Emre Göçer altı gün sonra xəstəxanada dünyasını dəyişib.

Onun cəsədi Ədliyyə Tibb Qurumunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Cənazə götürüldüyü zaman Göçerin dostları motosikletləri ilə müşayiət ediblər.

Göçerin dostu Yusuf Özsoy günahkarın saxlanmaması ilə bağlı etirazını bildirib.

“Hüquqi proseslər davam edir, dostumuzu bu gün dəfn edəcəyik. Hadisə yerinə gələn yol polisləri heç bir görüntünü izləmədən sənəddə qeyd etdilər ki, motosikletçi idarəetməni itirib, daha sonra isə səkiyə çırpılaraq avtomobilin qarşısına düşüb. Vəkilimiz vasitəsilə əldə etdiyimiz görüntülərdə avtomobilin hətta əyləci də basmadığı, dostumuza arxadan çırpıldığı əks olunub. Onu vuran şəxs isə həbs edilməyib”, - deyə o qeyd edib.

Son xəbərlər