Mojo.az Banner
23:01 Rusiyada “Telegram”a giriş məhdudlaşdırıldı  |     22:54 Xamenei 2 mindən çox məhkumu əfv etdi  |     22:49 Kadırov oğluna daha bir vəzifə verdi  |     22:44 Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib  |     22:38 Bakıda iki qadın bank kartından pul oğurlayıb, alış-veriş etdilər  |     22:33 Uşağa ad qoymaqla bağlı yeni qayda  |     22:25 Azərbaycanda bu materialların istifadəsi qadağan edilir  |     22:20 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     22:13 Həbsdən çıxan şəxs bütün ailə üzvlərini qətlə yetirdi - Ankarada faciə  |     22:07 Azad olunan ərazilərdə yaşayan vətəndaşların sayı açıqlandı  |     21:59 35 "zapravka"nın fəaliyyəti məhdudlaşdırılıb  |     21:54 Türkiyə, Naxçıvan və Azərbaycanı birləşdirəcək yoldan son görüntülər (VİDEO)  |     21:48 Əmlak bazarında alıcı qıtlığı: Qiymətlər enəckmi?  |     21:40 Pensiya artımları belə hesablanacaq?  |     21:35 Məhkəmə qərarı olmadan telefon və kompüterlərə baxış mümkün olacaq  |     21:26 Sabah hava necə olacaq?  |     21:20 Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb  |     21:12 Azərbaycanda toyuq əti bahalaşacaq? (Video)  |     21:07 "Guavalab"ın 200 işçisi ixtisar olundu, maaşlar ödənmədi (Video)  |     21:00 Alyona Əliyeva Gəncə Autizm Mərkəzindən paylaşım edib - FOTO  |    
Left Banner
Right Banner

MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq

05.12.2023 22:10 1 626
MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq
AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq.

Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Vurğulanıb ki, bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

“Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik“, - bəyanatda qeyd olunub.скачать dle 11.3