Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA

02.12.2023 13:01 4 311
Azərbaycanda distant təhsilə keçilməlidir? - AÇIQLAMA
Ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova açıqlayıb.

Qeyd edək ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

Bundan əlavə, elm və təhsil naziri Emin Əmrullayev də ötən gün keçirdiyi brifinqdə qızılca ilə bağlı vəziyyət ciddiləşərsə, məktəblərin distant təhsilə keçə biləcəyini açıqlayıb.

“Distant təhsili reallaşdırmalıyıq”

Mövzu ilə bağlı Bizim.media-ya danışan təhsil eksperti Nadir İsrafilov distant təhsilin “Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi təsbit olunduğunu xatırladıb.

O, deyib ki, biz buna lazımi səviyyədə diqqət yetirmirik və hətta universitetlərin belə distant təhsilə keçməsini reallaşdırmalıyıq:

“Distant təhsil yalnız COVID-19 pandemiyası dövründə yada düşdü. Artıq bir neçə ildir ki, bu təcrübə bir çox ölkələrdə geniş tətbiq olunur və böyük təcrübə qazanılır. Üstəlik, əlverişli imkanlar yaradılır və ən müasir texnologiyalarla təchiz olunur. İndi də ölkədə qızılca, suçiçəyi kimi xəstəliklər ortaya çıxıb.

Buna görə də heç kim yenidən başqa bir pandemiya dövrünün başlanılıb-başlanılmayacağı ilə bağlı təminat verə bilməz. Biz də indidən hazır olmalıyıq. Pandemiya dövründə müəyyən təcrübə qazandığımız üçün, artıq hansı problemlərin olduğunu və hansıları həll edəcəyimizi bilirik. Bir sözlə, pandemiya oldu, olmadı, bu məsələnin həllinə nail olmalıyıq.

Hazırda internet əsrində yaşayırıq və dünyada qloballaşma gedir. Bu baxımdan da distant təhsil çox sərfəlidir. Dərsə getmədən və əlavə vaxt sərf etmədən təhsilə davam etmək olur. Xüsusilə də, xaricdə təhsil almaq üçün internet vasitəsilə imtahanlara hazırlaşmaq, istənilən xarici universitetə qəbul olmaq, ora getmədən yaşadığı ünvanda dərslərə hazırlaşmaq, oxumaq və diplom almaq mümkündür”.

Bəs distant təhsil əyani təhsil qədər effektiv olurmu?

Təhsil eksperti Azərbaycanda bununla bağlı müsbət bir nəticəsinin əldə edildiyi barədə fikir söyləməyin hələlik tez olduğunu bildirib:

“Ən azı bir və ya iki il nəticə olmayacaq, amma üçüncü il effektiv olacaq. Biz bir çox layihələri əvvəlcə pilot şəklində həyata keçiririk və nəticəsi olarsa, geniş tətbiqinə başlayırıq”.

Son xəbərlər