Bakıda sensasion ƏDV dələduzluğu - Dövlətdən 2,5 MİLYON manat oğurlayanlar İFŞA EDİLDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |    

Bakıda sensasion ƏDV dələduzluğu - Dövlətdən 2,5 MİLYON manat oğurlayanlar İFŞA EDİLDİ

Bakıda sensasion ƏDV dələduzluğu faktı aşkara çıxarılıb.

Musavat.com saytına məlumat verən və bu dəstəni yaxından tanıyan mənbənin bildirdiyinə görə, hadisə keçən ilin may və iyun ayında baş verib.

Məlumata görə, Məmmədov Vüsal adlı şəxs Seymur və Novruz adlı şərikləri ilə (adlar şərtidir - red.) ƏDV-çek maxinasiyası qurub. Onlar realda mövcud olmayan dükanların kassalarını "açıblar". Bu “kassa”ların sayı 5 ədəd olub.

“Hər kassa gündə 1200000 (1 milyon 200 min) manata yaxın çek vurub. Onlar özlərini avtodetal satıcısı kimi qeyd ediblər. Bu üsulla 2 aya vergidən 2 milyon 500 min manat pul çıxarıblar” - saytımıza daxil olan məlumatda bildirilib.

Mənbə qeyd edir ki, dəstə üzvləri gündüzlər “kassa”da virtual çek vurub, axşam da telefonla ƏDV-ni götürüblər: “4 nəfər Sumqayıt şəhərində 6-cı mikrorayondakı evdə işləyib. Onlar Natiq (Vüsalın xalası oğlu), İlkin və qardaşı (Vüsalın ikinci arvadından olan oğlanları) və Namiq adlı şəxsdir. Ziyafət (Vüsalın baldızı oğlu) isə öz evində işləyirmiş. Natiq, iki qardaş, bir də Namiq hərəsi bir ay işlədiklərinə görə 3000 manat pul alıblar. Ziyafətə isə şəriklər hansısa səbəbdən 30000 (30 min) manat veriblər. Natiq indi Fəqan adlı dostu ilə "sosial ev" düzəltmək adı ilə Bakıda camaatı aldatmaqla məşğuldur. Hər ay məhkəmələrdədir. Bütün evlərini ikinci arvadının və qayınanasının adına keçirib. Maşınları da qardaşının, oğullarının adındadır”, - deyə mənbə bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 590 22.11.23 11:58