Ermənilər qorxuda: “İrəvana azərbaycanlılar köçür” - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

Ermənilər qorxuda: “İrəvana azərbaycanlılar köçür” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər qorxuda: İrəvana azərbaycanlılar köçür adlı veriliş efirə gedib.

Verilişdə tarixçi-etnoqraf, Ermənistan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, Qərbi Azərbaycana müxtəlif vaxtlara köçən ermənilərin məskunlaşma və uyğunlaşma mövzusunda araşdırmaları və çıxışları ilə tanınan, Qərbi Azərbaycanda azərbaycanlıların yaşam tərzi, mədəniyyəti və irsi haqqında bir qədər obyektiv mövqeyi olan yazılar və müsahibələri ilə seçilən Arsen Hakobyan və bloqçu Nare Sosenin etiraflarından bəhs olunur.

A.Hakobyan müsahibəsində deyir ki, bir gün Azərbaycan teatrı haqqında müsahibə oxudum və məndə ona qarşı maraq yarandı: “Araşdırma imkanım oldu və onu həyata keçirməyə çalışdım. Bəli, Cəfər Cabbarlının adını daşıyan belə bir teatr var idi, teatrın necə formalaşdığını, necə fəaliyyət göstərdiyini, hansı inkişaf yolu keçdiyini, ümumiyyətlə, necə olduğunu anlamaq çox maraqlı idi. Çünki tarixi, etnoloji baxımdan baxmaq başqadır, bədii baxımdan baxmaq başqa”.

Verilişdə İrəvan Teatrının yaranma tarixindən geniş bəhs olunur, bu mədəniyyət ocağının İrəvanda yaşayan azərbaycanlıların mədəni mühitini əks etdirən əsas amil olduğu bildirilir: “Teatr 1988-ci ilə qədər fəaliyyət göstərib. Həmin ildə azğınlaşmış ermənilər azərbaycanlılara qarşı növbəti cinayətə əl atdılar. Nəticədə azərbaycanlılar öz tarixi – etnik yurdlarından didərgin düşdü. Təbii ki, teatr da bu aqibəti yaşadı. Bakı-Lənkəran qastrollarından sonra doğma yurdlarına qayıda bilməyən truppa Bakı şəhərində fəaliyyətini davam etdirməyə başladı. Kollektivi toplayaraq, İrəvandan qalan yeganə mədəniyyət ocağını yaşatmaq naminə Vidadi Əliyev teatrın rəhbəri və rejissoru kimi çoxillik yaradıcılıq ənənələrini davam etdirməyə başladı”.

Diqqətə çatdırılır ki, indi Bakıda fəaliyyət göstərən və ötən il Prezident İlham Əliyevin sərəncamı ilə 140 illiyi qeyd olunan İrəvan Teatrının öz irsinə bağlıdır.

Sonda qeyd olunur ki, Azərbaycanda teatr truppası Heydər Əliyevin hakimiyyəti dövründə dövlət statusu alıb: “Ümummilli lider qaçqınlıq həyatı yaşayan teatrın Bakı həyatının qurulmasını təmin edərək, böyük uzaqgörənliklə torpaqlarımıza qayıdışın təməlinin qorunması üçün çalışıb. Sənədlərdə, qəzet səhifələrində əksini tapan tamaşalar, festivallar, yaradıcılıq uğurları İrəvan şəhərində azərbaycanlıların yaratdığı böyük mədəni irsi əks etdirir və onu danmaq cəhdi yalnız “erməni xəstəliyindən” əziyyət çəkən şəxslərin sərsəmliyidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            858 21.11.23 20:56