Qazax və Daşkəsəndə təbiətə yarım milyondan artıq ziyan vuruldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı AÇIQLANDI  |     22:40 Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü  |     22:28 Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi  |     22:06 "Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB  |     21:59 İki bürcün başına bəlalar gələcək - XƏBƏRDARLIQ  |     21:47 FİFA-nın baş katibi Bakıya gəldi  |     21:41 Türkiyə lirəsi yenə ucuzlaşdı  |     21:33 Qəzzada ölənlərin sayı 17 mini ötdü  |     21:27 Hansı bədən formasında ürək sıradan çıxır?  |     21:14 Bu görüntülərdən sonra MKİ hərəkətə kecdi (VİDEO)  |     21:05 Nənəsi öldü, 2 il pensiyasını alıb xərclədi  |     20:50 Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla əlaqlərimiz inkişaf edəcək"  |     20:42 Azərbaycanın Çindəki keçmiş səfiri vəfat edib  |     20:33 Şəkidə məhkumun vaxtilə basdırdığı silah aşakarlanıb  |     20:25 Şuşa və Göygölə prokurorlar təyin edilib  |     20:17 Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib  |     20:08 Bakıda kafedə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb  |     20:01 Bu il Everestdə rekord sayda insan ölüb  |     19:41 Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?  |     19:34 Oğuzda qanunsuz kömür istehsalının qarşısı alınıb  |    

Qazax və Daşkəsəndə təbiətə yarım milyondan artıq ziyan vuruldu

Qazax və Daşkəsəndə təbiətə 523 min manatdan artıq ziyan vurulub, sənədlər Baş Prokurorluğa göndərilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Araşdırma zamanı Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” əhəngdaşı yatağında “Arzulu” firması, “Müstəqil Bənna” kiçik müəssisəsi və “Aysel-Asiman” MMC tərəfindən, “Coğazçay” qum-çınqıl yatağında “Coğaz” MMC tərəfindən və Daşkəsən rayonu ərazisində yerləşən “Əmirvar” mərmərləşmiş əhəngdaşı yatağında isə “Qoşqar-Mədən” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            444 21.11.23 15:38