Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Dünyada neyroşəbəkə tərəfindən hazırlanmış ilk qanun Braziliyada qəbul edildi  |     22:49 Oğuzda qızılcaya 10 yoluxma qeydə alınıb  |     22:28 Sumqayıt sakini yüksək doza narkotikdən ölüb  |     22:10 MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq  |     21:40 Bakıda havalar soyudu, istilik kəsildi - Səbəb nədir?  |     21:35 Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar  |     21:27 Ağstafada yeniyetmə qızı cərəyan vurdu  |     21:15 Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub  |     21:11 Babək rayonunda 61 yaşlı kişi intihar edib  |     21:04 Saatlı rayon sakinləri sənədsiz silahları polisə təhvil veriblər  |     20:58 Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb  |     20:50 İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb  |     20:43 “Bavariya”nın təxirə salınan oyununun tarixi müəyyənləşib  |     20:37 Bakıda keçiddən keçməyən piyadanı maşın vurub - VİDEO  |     20:26 Azərbaycanda yağış və qar yağacaq, külək əsəcək  |     20:19 “WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb  |     20:08 Filippində 5,8 maqnitudada zəlzələ baş verib  |     19:49 Bakıda dəm qazının miqdarı normadan yüksək olub  |     19:38 “Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı  |     18:57 Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq  |    

Azərbaycan və Özbəkistan arasında bağlanan bir sıra sazişlər təsdiq olunub

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan hökumətləri arasında bağlanmış iki sazişi təsdiq edib.

Bu barədə President.az xəbər verir.

Dövlət başçısının imzaladığı fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq edilib.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək həvalə olunub.

Həmçinin, Azərbaycan Prezidenti digər bir fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Özbəkistan Respublikasının Gənclər Siyasəti və İdman Nazirliyi arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.

Bu saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərmək həvalə olunub.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            408 21.11.23 13:44