İlham Əliyev: “18 ölkənin təmsilçilərinin Bakıda toplaşaraq kolonializmi pisləməsi sevindirici haldır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:10 MEDİA: AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşının ölkədən çıxarılmasını qınayırıq  |     21:40 Bakıda havalar soyudu, istilik kəsildi - Səbəb nədir?  |     21:35 Rusiya və İran XİN rəhbərləri deklarasiya imzaladılar  |     21:27 Ağstafada yeniyetmə qızı cərəyan vurdu  |     21:15 Şamaxıda bələdiyyə sədri məsuliyyətə cəlb olunub  |     21:11 Babək rayonunda 61 yaşlı kişi intihar edib  |     21:04 Saatlı rayon sakinləri sənədsiz silahları polisə təhvil veriblər  |     20:58 Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb  |     20:50 İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 22-yə çatıb  |     20:43 “Bavariya”nın təxirə salınan oyununun tarixi müəyyənləşib  |     20:37 Bakıda keçiddən keçməyən piyadanı maşın vurub - VİDEO  |     20:26 Azərbaycanda yağış və qar yağacaq, külək əsəcək  |     20:19 “WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb  |     20:08 Filippində 5,8 maqnitudada zəlzələ baş verib  |     19:49 Bakıda dəm qazının miqdarı normadan yüksək olub  |     19:38 “Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı  |     18:57 Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq  |     18:38 Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib  |     18:25 Lənkaranda 17 yaşlı oğlan intihara cəhd edib  |     18:13 Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb  |    

İlham Əliyev: “18 ölkənin təmsilçilərinin Bakıda toplaşaraq kolonializmi pisləməsi sevindirici haldır”

“Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıda toplaşaraq, XXI əsrdə, təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəklikləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır”.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

Azərbaycanda tarixən qadına göstərilən hörmətin, qadın adının uca tutulmasının xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biri olmasının vurğulandığı müraciətdə bildirilib:

“Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini veriblər”.скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            669 21.11.23 12:27