“Muğan Bank”a krediti olanların NƏZƏRİNƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı AÇIQLANDI  |     22:40 Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü  |     22:28 Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi  |     22:06 "Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB  |     21:59 İki bürcün başına bəlalar gələcək - XƏBƏRDARLIQ  |     21:47 FİFA-nın baş katibi Bakıya gəldi  |     21:41 Türkiyə lirəsi yenə ucuzlaşdı  |     21:33 Qəzzada ölənlərin sayı 17 mini ötdü  |     21:27 Hansı bədən formasında ürək sıradan çıxır?  |     21:14 Bu görüntülərdən sonra MKİ hərəkətə kecdi (VİDEO)  |     21:05 Nənəsi öldü, 2 il pensiyasını alıb xərclədi  |     20:50 Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla əlaqlərimiz inkişaf edəcək"  |     20:42 Azərbaycanın Çindəki keçmiş səfiri vəfat edib  |     20:33 Şəkidə məhkumun vaxtilə basdırdığı silah aşakarlanıb  |     20:25 Şuşa və Göygölə prokurorlar təyin edilib  |     20:17 Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib  |     20:08 Bakıda kafedə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb  |     20:01 Bu il Everestdə rekord sayda insan ölüb  |     19:41 Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?  |     19:34 Oğuzda qanunsuz kömür istehsalının qarşısı alınıb  |    

“Muğan Bank”a krediti olanların NƏZƏRİNƏ

“Muğan Bank”da krediti olan müştərilərə müraciət edilib.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi məqsədilə aşağıda qeyd edilən üsullardan istifadə edilə bilər:

- Elektron qaydada kredit ödənişlərinin həyata keçirilməsi - https://million.az veb-saytı vasitəsilə;

- Nağd qaydada kredit ödənişlərinin həyata keçirilməsi - “e-manat”, “MilliÖn” və “m-pay” ödəniş köşkləri vasitəsilə;

- Köçürmə yolu ilə kredit ödənişlərinin həyata keçirilməsi üçün “Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə bank hesablarının rekvizitləri

Kredit ödənişlərinin həyata keçirilməsi, sorğu edilən sənədlərin və əlavə məlumatların əldə edilməsi üçün “Muğan Bank”ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli, 21B, AZ1052 ünvanında yerləşən baş ofisinə müraciət edə bilərsiniz.

Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların regional mərkəzləri üzrə ünvanlar:

- Mingəçevir şəhəri, Füzuli küçəsi, 24B;

- Gəncə şəhəri, Cavadxan küçəsi, 10;

- Sumqayıt şəhəri, 6-cı mikrorayon, Cəlil Məmmədquluzadə küçəsi, 7;

- Xaçmaz şəhəri, Heydər Əliyev küçəsi, 256;

- Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, 22.

Əlaqə: (+994) 941

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Muğan Bank”ın ləğvedicisi təyin edilib.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            363 20.11.23 17:20