Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı AÇIQLANDI  |     22:40 Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü  |     22:28 Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi  |     22:06 "Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB  |     21:59 İki bürcün başına bəlalar gələcək - XƏBƏRDARLIQ  |     21:47 FİFA-nın baş katibi Bakıya gəldi  |     21:41 Türkiyə lirəsi yenə ucuzlaşdı  |     21:33 Qəzzada ölənlərin sayı 17 mini ötdü  |     21:27 Hansı bədən formasında ürək sıradan çıxır?  |     21:14 Bu görüntülərdən sonra MKİ hərəkətə kecdi (VİDEO)  |     21:05 Nənəsi öldü, 2 il pensiyasını alıb xərclədi  |     20:50 Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla əlaqlərimiz inkişaf edəcək"  |     20:42 Azərbaycanın Çindəki keçmiş səfiri vəfat edib  |     20:33 Şəkidə məhkumun vaxtilə basdırdığı silah aşakarlanıb  |     20:25 Şuşa və Göygölə prokurorlar təyin edilib  |     20:17 Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib  |     20:08 Bakıda kafedə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb  |     20:01 Bu il Everestdə rekord sayda insan ölüb  |     19:41 Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?  |     19:34 Oğuzda qanunsuz kömür istehsalının qarşısı alınıb  |    

Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI

Noyabrın 15-dən ölkənin bütün ərazisində istilik sistemi işə salınıb. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istiliyin verilişi gələn il aprel ayının 15-nə qədər davam edəcək. İstiliyin verilməsindən bir neçə gün keçsə də, paytaxt rayonlarındakı bəzi yaşayış binaları hələ də istiliklə təmin olunmayıb.

Bakının Nizami, Yasamal, Binəqədi, Xətai rayonları, həmçinin Biləcəri, Bakıxanov qəsəbələrində yaşayan sakinlər istiliyin verilməməsindən şikayətçidirlər. Eyni problem Sumqayıt şəhərində də yaşanır.

Sakinlər konkret ünvanlar göstərərək saytımıza müraciət ediblər. Bu ünvanlara Xətai rayonu Nəsrəddin Tusi küçəsi, Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, metro “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, Binəqədi rayonu 9-cu mikrorayon Cəlal Paşayev küçəsi daxildir.

Adıçəkilən ərazilərdəki yaşayış binalarının sakinləri istisinə qızına bilmədikləri “istilik”lə bağlı “Azəristiliktəchizat”a müraciət ünvanladıqlarını və müraciətlərinin cavabsız qaldığını qeyd ediblər.

Məsələ ilə bağlı Bizim.media-ya danışan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bütün binaların istiliklə təmin olunduğunu bildirib:

“İstiliyin olmaması mənzildaxili və binadaxili problemdən də qaynaqlana bilər. Ona görə də hər bir problemin özünün fərdi cavabı var. Hansı mənzilə niyə istilik verilmir araşdırılmalıdır. Çünki binalar istilik alır və bütün qazanxanalar işə düşüb”.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            489 20.11.23 16:47