Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:49 Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - Ekspert | 21:44 Gəncə, Naxçıvan və Masallıda da binalar sökülə bilər - Kompensasiya məbləğləri | 21:36 Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi | 21:30 "Çayın puluna oynayırdıq" dedi, məhkəmə inanmadı - 2250 manat cərimə | 21:23 Olduğun yaşı qəbul etmək ömrü 7,5 il uzada bilər (ARAŞDIRMA) | 21:17 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi | 21:09 Süni intellekt "Java"da 12 ildir gizli qalan təhlükəli boşluğu üzə çıxardı | 21:03 2026-2027-ci ilin qışında dəbdə olacaq xəz palto - 5 əsas trend | 20:58 Naxçıvanda 10 ceyran təbiətə buraxılıb | 20:50 İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq | 20:45 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub | 20:36 “Boşanıram” deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi - Bakıda DƏHŞƏT | 20:31 Bu daraq saç çıxaracaq | 20:24 Sabah 20 dərəcə isti olacaq | 20:19 Ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək | 20:11 Çipsə 1 manat aksiz vergisi tətbiq ediləcək | 20:00 Evini kirayə verənlərin nəzərinə: Gələn ildən... | 19:53 Azərbaycanda pensiyaçıların sayı açıqlandı | 19:48 Cinayətdə şübhəli bilinən 62 nəfər saxlanıldı | 19:40 Bu cihaz olmadığından özəl xəstənalara üz tuturlar - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın Xalq artisti konsertində Ukrayna dilində mahnı oxudu (VİDEO)

18.11.2023 21:57 5 637
Rusiyanın Xalq artisti konsertində Ukrayna dilində mahnı oxudu (VİDEO)
Ukraynada müharibə başlayandan sonra Rusiyada çıxış etməyən müğənni Tamara Qverdtsiteli Qazaxıstanda Ukrayna dilində mahnı oxuyub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Cream” və "You can’t say more pis” "Telegram" kanalları məlumat yayıb.

Konsert noyabrın 17-də baş tutub. Müğənni konsertə gələn qazax və rus pərəstişkarları ilə ünsiyyət qurmaq üçün rus dilindən istifadə edib.

"Bu gün dünyada elə bir şey baş verir ki, hər birimiz ruhumuzda öz şamımızı yandırmalıyıq. Xeyirxahlıq, sülh, insanlıq şamı”, deyə sənətçi bildirib.

Mahnının ifası zamanı zalın mavi rəngə boyandığı, fanfarın sarı rəngə büründüyü və bununla da səhnənin Ukrayna bayrağının rənglərinə çevrildiyi deyilir.

Qeyd edək ki, 61 yaşlı Tamara Qverdtsiteli Tiflisdə doğulub, onun Gürcüstan və Rusiya vətəndaşlığı var. Atası gürcü aristokrat ailəsindən, anası isə yəhudi qadın və Odessadan olan ravvin nəvəsidir. 12 iyun 2000-ci ildə Rusiya vətəndaşlığını qəbul edib. Tamara Qverdtsiteli 2004-cü ildə Rusiya Federasiyasının Xalq artisti fəxri adına layiq görülüb.

Son xəbərlər