Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub |
Mojo.az Avto
Mojo.az Avto

İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanılıb

18.11.2023 20:35 5 685
İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanılıb
Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı "Kartel-2 operasyonu" adlı əməliyyat keçirib.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa verdiyi və qırmızı bülletenlə axtarılan Nenad Petrak adlı narkobaron saxlanılıb.

Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.

Xorvatiyanın Korrupsiyaya Qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, Nenad Petrak təxminən doqquz ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir.

A.Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam edəcəyini qeyd edib.
//report

Son xəbərlər