Mojo.az Banner
21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni müdafiə sənayesi naziri kollektivə təqdim olunub

18.11.2023 20:03 2 292
Yeni müdafiə sənayesi naziri kollektivə təqdim olunub
Azərbaycanın yeni müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub.

Bu barədə “Report”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

Məlumata görə, Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycanın müdafiə sənayesi naziri təyin olunub.

Qeyd edək ki, V.Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi” ( MBA) magistr proqramı üzrə təhsil alıb.

2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunmuşdu.

Ailəlidir. İki övladı var.скачать dle 11.3
Mojo.az Banner