Yaponiya tam peyvənd olunmuş şəxslər üçün 3 günlük izolyasiya qaydasını ləğv edib
Yaponiya xüsusi karantin məntəqələrində 3 günlük izolyasiya tələbini tam peyvənd olunmuş və virusun yeni ştamı qeydə alınmamış ölkələrdən gələn şəxslər üçün ləğv edib. "Report" bu barədə TASS-a istinadən xəbər verir.
Həmin şəxslər 2 həftəlik karantin müddətini öz evlərində keçirə biləcəklər.
Bu tədbirlər xüsusi karantin məntəqələrində boş yerlərin olmaması ilə bağlıdır, çünki omikron ştamının yayıldığı ölkələrdən gələn şəxslər 10 günlük izolyasiyaya alınırlar.
скачать dle 11.3
Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!