B12 vitamini çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |    

B12 vitamini çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər

Barselona Universitetinin alimləri müəyyən ediblər ki, orqanizmdə B12 vitamini çatışmazlığı nəticəsində yaranan iltihablar ürək-damar xəstəlikləri, şəkərli diabet və neyrodegenerativ pozğunluqların inkişaf riskini artırır.

Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Journal of Science of Food and Agriculture” (SOCI) jurnalında dərc olunub.

Vitamin B12 bədəndəki müxtəlif fizioloji proseslərdə iştirak edən vacib bir qidadır. Bu vitamin ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Onun çatışmazlığı pis qidalanmanın (vegeterianlığa sadiqlik, veqanizm) və ya səmərəsiz udma nəticəsi ola bilər.

İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, B12 çatışmazlığı orqanizmdə iki iltihabi markerin - interleykin (IL)-6 və C-reaktiv protein (CRP) səviyyəsinin artması ilə əlaqələndirilir. Alimlər izah ediblər ki, xroniki iltihab şəkərli diabet, neyrodegenerativ pozğunluqlar, infarkt və hipertoniya kimi geniş spektrli xəstəliklərin riski ilə bağlıdır. Həmçinin məlum olub ki, bir insanın bədənində B12 vitamini nə qədər çox olarsa, onun iltihab əlamətləri bir o qədər aşağı olur. Buna tərs asılılıq deyilir.

Alimlər ümid edirlər ki, onların işi bizi Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərini anlamağa yaxınlaşdıracaq. Alimlər indi orqanizmdə xroniki iltihabın piylənmə və qıcıqlanmış bağırsaq sindromu ilə bağlı olub-olmadığını müəyyən etmək üçün tədqiqatları davam etdirməyi planlaşdırır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 002 17.11.23 22:39