Güləş Federasiyasından 63 min manatlıq oğurluq edən şəxslər saxlanıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:57 Bakıda yunan musiqisi gecəsi keçirilib  |     23:50 Avropada qazın qiyməti həftə ərzində 17 % bahalaşıb  |     23:44 Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb  |     23:38 Türkiyədə rekord sayda yoluxma qeydə alınıb  |     23:30 Çadda icmalararası toqquşmalarda 14 nəfər ölüb  |     23:22 Gürcüstan Prezidenti: "Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək"  |     23:15 Yanvar üzrə bütün sosial ödənişlər başa çatdırılıb  |     23:08 YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI  |     22:59 BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası yanvarın 31-nə təyin edilib  |     22:53 Britaniya səfiri: "Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq imkanları çoxalıb"  |     22:46 “Brent” markalı neft bahalaşıb  |     22:42 Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib  |     22:35 Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokurora müraciət ediblər  |     22:29 Qubada şəhid bulağının açılışı olub  |     22:19 UEFA "Marsel" - "Qarabağ" oyunu üçün iki variant təklif edib  |     22:14 Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb  |     22:07 “Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb  |     22:01 Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub  |     21:55 Ukraynanın tanınmış boksçusu intihar edib  |     21:49 Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanacaq  |    

Güləş Federasiyasından 63 min manatlıq oğurluq edən şəxslər saxlanıldı - VİDEO
Güləş Federasiyasına məxsus ofisdən oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 1-də Nərimanov rayonunda yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edilib. Ofisə daxil olmuş naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat pul olan dəmir seyfi oğurlayıblar. Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamandan müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilərdən biri Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub. O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərov və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər.

Qeyd edək ki, hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra sındıraraq pulu aralarında bölüblər. Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            129 04.12.21 16:26