Salyanda narkokuryer saxlanıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı AÇIQLANDI  |     22:40 Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü  |     22:28 Leonid Aqutin təcili olaraq xəstəxanaya yerləşdirildi  |     22:06 "Lada"nın bu modelinin istehsalı dayandırıldı - SƏBƏB  |     21:59 İki bürcün başına bəlalar gələcək - XƏBƏRDARLIQ  |     21:47 FİFA-nın baş katibi Bakıya gəldi  |     21:41 Türkiyə lirəsi yenə ucuzlaşdı  |     21:33 Qəzzada ölənlərin sayı 17 mini ötdü  |     21:27 Hansı bədən formasında ürək sıradan çıxır?  |     21:14 Bu görüntülərdən sonra MKİ hərəkətə kecdi (VİDEO)  |     21:05 Nənəsi öldü, 2 il pensiyasını alıb xərclədi  |     20:50 Gürcüstan XİN başçısının müavini: "Azərbaycanla əlaqlərimiz inkişaf edəcək"  |     20:42 Azərbaycanın Çindəki keçmiş səfiri vəfat edib  |     20:33 Şəkidə məhkumun vaxtilə basdırdığı silah aşakarlanıb  |     20:25 Şuşa və Göygölə prokurorlar təyin edilib  |     20:17 Moskvadan Tbilisiyə uçan təyyarə aeroporta eniş edə bilməyib  |     20:08 Bakıda kafedə vətəndaşa xəsarət yetirən şəxs saxlanılıb  |     20:01 Bu il Everestdə rekord sayda insan ölüb  |     19:41 Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşü olacaqmı?  |     19:34 Oğuzda qanunsuz kömür istehsalının qarşısı alınıb  |    

Salyanda narkokuryer saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Azər Əsgərov saxlanılıb .

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Onun üzərinə keçirilən baxış zamanı heroin, metamfetamin və 430 qram marixuana aşkar olunaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən dəyəri 5000 manatdan artıq olan məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən rayon sakini Hacıağa Quliyev də saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq faktını etiraf edib. Sonuncu tərəfindən oğurluq yolu ilə əldə edilən əşya və avadanlıqlar isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            399 17.11.23 18:10