Mingəçevirdə qanunsuz odlu silah saxlayanlar aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:44 Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu  |     19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |     16:27 Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb  |     16:20 Qadın həbsdə olan oğluna telefon ötürmək istədi  |     16:13 Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib: Ölənlər var  |     16:06 Ərdoğanın müavini Azərbaycanda səfərdədir  |     15:35 Dekabrın 4-də Qəzzanı tərk etmək icazəsi alan şəxslərin sayı AÇIQLANDI  |     15:27 Bu tarixdən hava kəskin pisləşəcək - Temperatur 8 dərəcə enəcək  |     15:18 Bakıda tikintidə tapılan avtomat polisə təhvil verilib  |     15:00 Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ  |     13:16 Geomaqnit qasırğası gözlənilir  |     13:05 “İnstagram”dan yeni funksiya: Hekayələr 7 gün ərzində silinməyəcək  |     13:01 “Mənə yazığınız gəlsin” - Erməni diversant  |    

Mingəçevirdə qanunsuz odlu silah saxlayanlar aşkarlanıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması və qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün obyekt sahibi barəsində protokol tərtib olunub.

Şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər tədbirlər nəticəsində isə şəhər sakinlərindən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi aşkar edilərək götürülüb.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            468 17.11.23 11:29