Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:56 “Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ - FOTO  |     20:49 Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirilib  |     20:41 HƏMAS Təl-Əvivə raket zərbələri endirib  |     20:33 Rumıniya yığması Azərbaycanla qarşılaşmaq istəmir  |     20:25 Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib  |     20:11 SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb  |     19:59 “Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular​ - VİDEO  |     19:51 Bakı metrosunda sıxlıq yarandı - FOTO  |     19:44 Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu  |     19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |     16:27 Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb  |     16:20 Qadın həbsdə olan oğluna telefon ötürmək istədi  |     16:13 Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib: Ölənlər var  |    

Estoniya və Norveç Rusiya ilə sərhədi bağlamağı düşünür

Hakimiyyət sərhəddəki vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, keçid məntəqələrini qismən və ya tamamilə bağlayacaq.

“Report” xəbər verir ki, bu barədə Estoniya Sərhəd Xidmətinin rəhbəri Veiko Kommusaar “Postimees”ə bildirib.

Səbəb kimi qeyri-qanuni miqrasiya göstərilir. Belə ki, noyabrın 16-da səhər saatlarında cəmi 1,5 saat ərzində səkkiz Somali vətəndaşı Estoniya sərhəd-keçid məntəqəsindən öncə Rusiya sərhədçilərini keçərək Rusiya Federasiyasından Estoniyaya vizasız getməyə cəhd ediblər.

Finlandiya da Rusiya ilə sərhəddəki məhdudiyyətləri eyni cür izah edib: səlahiyyətlilərə görə, Rusiyadan ölkəyə daxil olmağa çalışmış qanunsuz miqrantların axını son vaxtlar nəzərə çarpacaq dərəcədə artıb. Noyabrın 16-da Finlandiya dörd sərhəd keçid məntəqəsini bir neçə ay müddətinə bağlayıb. Bu səbəbdən “Lux Express”, “Ecolines” və digər avtobus daşıyıcıları reysləri dayandırır.

Xatırladaq ki, daha öncə Norveç Ədliyyə Nazirliyi Rusiya ilə yeganə sərhəd-keçid məntəqəsinin bağlana biləcəyini açıqlayıb.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            675 16.11.23 23:19