Xidmət rəsmisi: “İqlim dəyişikliyi meşə ekosisteminə ciddi təsir göstərir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Xidmət rəsmisi: “İqlim dəyişikliyi meşə ekosisteminə ciddi təsir göstərir”

“Planetimizin qlobal ekoloji problemlərindən biri olan iqlim dəyişikliyi digər sahələrdə olduğu kimi, meşə ekosistemlərinə də təsirsiz ötüşmür”.

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev deyib.

Onun sözlərinə görə, bu təsirlər özünü tez və ya da gec göstərə bilir:

“Zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artması, invaziv növlərin daha geniş ərazilərdə yayılması kimi hallar özünü daha tez göstərir. Xüsusən də uzun sürən quraqlıqlar ağacların zəifləməsinə və nəticədə zərərverici həşəratların ciddi mənfi təsirinə məruz qalmasına səbəb olur”.

Xidmət rəsmisi bildirib ki, iqlim dəyişiklikləri meşə biomüxtəlifliyinə də ciddi təsir göstərir:

“Ağacların fenoloji xüsusiyyətlərində, növ tərkibində, əsas meşə əmələgətirən cinslərin hündürlük zonaları üzrə yayılmasında, areallarında bu fərqlər müşahidə olunur. Qiymətli cinslərin daha az qiymətli cinslərlə əvəz olunması prosesi sürətlənir, təbii bərpa zəifləyir, beləliklə meşələrin kəmiyyət və keyfiyyət göstəriciləri dəyişərək məhsuldarlığı azalır. İqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşələrin bərpası, yeni yaşıllıqların salınmasıdır ki, buna nail olmaq üçün ölkəmizdə irimiqyaslı ağacəkmə aksiyaları keçirilir, yaşıllıq sahələri genişləndirilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            933 16.11.23 13:51