TƏBİB-dən Xaçmaz RMX-dən şikayətçi olan vətəndaşla bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:08 Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb  |     19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |    

TƏBİB-dən Xaçmaz RMX-dən şikayətçi olan vətəndaşla bağlı AÇIQLAMA

Vətəndaş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından şikayətçidir.

Bu barədə Oxu.Az-a Tural Əsgərzadə məlumat verib.

O bildirib ki, anası 1967-ci il təvəllüdlü Nailə Qurbanəli qızı Əsgərzadə noyabrın 3-də bağırsaqda çat olduğu deyilərək əməliyyata alınıb:

“Anam əməliyyat olunduqdan sonra noyabrın 5-də hərarəti oldu. Həkimə əməliyyatdan sonra bu cür qızdırma olub-olmadığını sual verdik. Səbəbi nədir deyə soruşduq, amma həkim - “normaldır”, - dedi. Anamı əməliyyat edən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim cərrahı Pirəli Rəhimov olub. Elə o da deyib ki, əməliyyatdan sonra belə hal normaldır. Lakin anamda irinli iltihab başlayıb. Yara irinləyir və bunun qarşısını ala bilmirlər. Məsələdən xəstəxananın baş həkimi Afiq Niyazov da məlumatlıdır”.

Xəstənin oğlu iddia edir ki, xəstəxana kağızlarında noyabrın dördündən anama antibiotik müalicəsi aparıldığı yazılsa da, ona heç bir antibiotik vurulmayıb:

“Qardaşım xəstəxanada anamı ziyarət edəndə, həkim Pirəli Rəhimovla tibb bacısının söhbətinə şahid olub. Orada həkim tibb bacısından xəstə N.Əsgərzadəyə antibiotik vurulub-vurulmadığını soruşub. Tibb bacısı isə - “xeyr, yadımızdan çıxıb", - cavabını verib. Hazırda xəstənin vəziyyəti kritikdir. Xəstəxana ayın 3-dən bu günə qədər 708 manat və əlavə olaraq 38 manat xərc yazıb. Mən usta adamam, o qədər imkanımız da yoxdur. Anamın vəziyyəti yaxşı deyil, bu qədər pulu biz nə üçün ödəyirik onda? Bununla bağlı həkimə müraciət etsək də, bizə konkret cavab verən olmur. Hətta deyilir ki, xoşunuza gəlmir xəstəni hara istəsəniz, apara bilərsiniz. Mən anamı bu cür irinli iltihab ola-ola hara aparım?”

Məsələ ilə bağlı TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1967-ci il təvəllüdlü Xudat şəhər sakini Nailə Qurbanəli qızı Əsgərzadə 03.11.2023-cü il tarixdə saat 20 radələrində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edib:

“N.Əsgərzadə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət edənədək Quba şəhərində özəl klinikada MRT müayinəsindən keçib və ona təcili cərrahi əməliyyat olunması tövsiyə edilib. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsində onu növbətçi cərrah müayinə edib. Pasiyentə sağ tərəfli boğulmuş, gecikdirilmiş düz qasıq yırtığı diaqnozu qoyulub və təcili cərrahiyyə əməliyyatı edilməsi tövsiyə olunub. İran vətəndaşı olan Nailə Əsgərzadə xarici vətəndaş olduğu və o, İcbari Tibbi Sığorta çərçivəsində sığortalı hesab olunmadığı üçün xəstəxanaya qəbul edilən zaman ona və yaxınlarına izah edilib ki, aparılacaq təcili cərrahi əməliyyat və sonrakı müalicə ödənişli əsaslarla olacaq. Onlar da razılaşıblar.

Pasiyent 03.11.2023-cü il tarixdə saat 20:30-da cərrahi əməliyyat olunub. Əməliyyat zamanı boğulmuş kor bağırsaqda anatomik dəyişikliklərin olması müəyyən edilib. Bağırsağın divarları şişkin, ödemli və rəngi tünd olub. Əməliyyat zamanı aparılan tədbirlər nəticəsində bağırsaq peristaltikası bərpa olunub və bağırsaq qarın boşluğuna keçirilib. Lakin yırtıq kisəsinə yığılmış maye tutqun rəngli, kolibasilyar iyə malik olub. Ona görə də yaranın irinləməsi ehtimalı böyük olub. Əməliyyatdan sonra 3-cü sutkadan etibarən xəstənin hərarəti 38,5 dərəcəyədək yüksəlib.

Əməliyyatın 6-cı sutkasında yaranın tikişləri hissəvi sökülüb və irinli mayenin xaric olması üçün şərait yaradılıb. Pasiyentin gün ərzində 3 dəfə sarğısı olunub və əməliyyatdan sonrakı dövrdə antibiotik dərman da daxil olmaqla bütün zəruri dərman müalicəsini alıb.

Hazırda pasiyentin vəziyyəti yaxşılaşıb, bağırsaqların funksiyası tam bərpa olunub, normal qidalanır və gəzir. Yaradan irinli ifrazat tamamilə azalıb. Pasiyent üçün şöbə müdiri və digər cərrahların iştirakı ilə 2 dəfə konsilium keçirilib, əlavə tövsiyələr verilib”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 068 16.11.23 12:55