Daha iki komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazana bilər - AFİŞA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |     21:36 Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək  |     21:30 "Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəldi  |     21:22 Bu klinikada yoxlama aparıldı, cərimə edildi  |     21:17 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək  |     21:10 Sumqayıtda "Daewoo" yandı  |     21:04 DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ  |     20:58 Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri Bakıya gətirildi  |    

Daha iki komanda AVRO-2024-ün final mərhələsinə vəsiqə qazana bilər - AFİŞA

Bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti görüşlərə start veriləcək.

“Report” xəbər verir ki, ilk gündə 9 qarşılaşma baş tutacaq.

A və F qrupunda müvafiq olaraq İspaniya, Şotlandiya, Belçika və Avstriya final mərhələsinə vəsiqə qazanıblar.

G qrupunda Macarıstan, J qrupunda Portuqaliya əvvəlki turlarda istəyinə çatıb.

Slovakiya yığması da bu gün vəsiqəni təmin edə bilər. İslandiya ilə görüşdə əldə olunacaq 1 xal meydan sahiblərinə kifayət edəcək.

Monteneqro isə Litva ilə matçda büdrəsə, şanslarını itirəcək və bu, Serbiyanın ən azı ikinci yerin sahibi kimi AVRO-2024-də iştirakına zəmin yaradacaq.

AVRO-2024

Seçmə mərhələ

A qrupu

21:00. Kipr - İspaniya
21:00. Gürcüstan - Şotlandiya

Xal durumu: İspaniya – 15 (6 oyun), Şotlandiya – 15 (6), Norveç – 10 (7), Gürcüstan – 7 (6), Kipr – 0 (7).

F qrupu

21:00. Azərbaycan - İsveç
21:00. Estoniya - Avstriya

Xal durumu: Belçika - 17 (7), Avstriya - 16 (7), İsveç - 7 (6), Azərbaycan - 4 (6), Estoniya - 1 (6).

G qrupu

21:00. Bolqarıstan - Macarıstan
23:45. Monteneqro - Litva

Xal durumu: Macarıstan – 14 (6), Serbiya – 13 (7), Monteneqro – 8 (6), Litva - 6 (7), Bolqarıstan – 2 (6).

J qrupu

23:45. Lixtenşteyn - Portuqaliya
23:45. Lüksemburq - Bosniya və Herseqovina
23:45. Slovakiya - İslandiya

Xal durumu: Portuqaliya – 24 (8), Slovakiya – 16 (8), Lüksemburq – 11 (8), İslandiya - 10 (8), Bosniya və Herseqovina – 9 (8), Lixtenşteyn – 0 (8).

Qeyd edək ki, Fransa, Türkiyə və İngiltərə də Almaniyanın evsahibliyi edəcəyi Avropa çempionatına vəsiqə qazanıblar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 481 16.11.23 12:53