NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |     16:39 Daha bir məşhur "tiktok"çu həbs edildi  |     16:30 Bakıda mənzildə meyit tapılıb  |     16:04 Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ  |     15:50 Polisdən ƏMƏLİYYAT: Narkoanbar kimi istifadə olunan ev aşkarlandı - FOTO  |     15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |    

NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb.

Görüşdə Azərbaycanın NSPA ilə son onilliklər ərzində uğurla həyata keçirdiyi müxtəlif etimad fondu layihələri üzrə əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındakı tərəfdaşlıq barədə danışılıb, eləcə də minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan öz ərazisində Sovet İttifaqından qalan hərbi sursatın zərərsizləşdirilməsi məqsədilə NATO ilə birlikdə 2006-2008-ci illərdə Melanj (vaxtı keçmiş, yüksək zəhərli raket yanacağı olan melanjın zərərsizləşdirilməsi), 2005-2011-ci illərdə Saloğlu (Ağstafa rayonunun Saloğlu ərazisində partlamamış hərbi sursatların (PHS) təmizlənməsi) və 2012-2018-ci illərdə Ceyrançöl (Ceyrançöl ərazisində mina və PHS-lərin təmizlənməsi) layihələrini uğurla həyata keçirib.
//reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            690 15.11.23 22:25