Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?

Hazırda dünyada baş verən qlobal proseslər, işsizlik və digər amillər səbəbindən insanlar öz ölkələrini tərk edir, qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrdə yaşamağa və çalışmağa başlayırlar. Vətəndaşların köç etdiyi ölkələr sırasında multikultural dəyərləri və sabitliyi ilə seçilən Azərbaycan da var. Bəs həmin ölkə vətəndaşları Azərbaycanda beynəlxalq ödəniş kartlarını əldə edə bilərlərmi? Bununla bağlı hansı tələblər var?

Mövzu ilə bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, rezidentlik statusundan asılı olmayaraq hesaba bağlı ödəniş kartlarının verilməsi xidməti “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”, “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”, habelə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar"ı ilə tənzimlənir.

"Belə ki, hesabların açılması zamanı istər rezident, istərsə də qeyri-rezident şəxslərin müştəri uyğunluğu tədbirləri həyata keçirilir və nəticəsinə müvafiq olaraq banklar tərəfindən hesabların açılması və aparılması barədə qərar qəbul edilir. Odur ki, banklar tərəfindən bank hesabının açılması üçün müraciət edən şəxslərdən sözügedən Qaydaların tələblərinə uyğun olaraq məlumatlar əldə olunur. Bu xüsusda, müştəri profili üzrə risk qiymətləndirməsi həyata keçirilir və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatlar verifikasiya edilir", - deyə AMB-dən məlumat verilib.

Beləliklə, əgər şəxs müştəri uyğunluğu və məlumatların verifikasiyası proseslərindən keçə bilirsə bank hesabı aça və müvafiq ödəniş kartı verilə bilər.

"Report"a açıqlama verən “MasterCard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal bildirib ki, hər hansı bir ölkənin vətəndaşının Azərbaycanda yaşamaq icazəsi varsa, burada kirayə haqqı, kommunal xərcləri ödəyirsə, bankların dəyərləndirməsindən müsbət keçibsə, Azərbaycanın yerli və “MasterCard”ın qlobal tələblərinə görə şirkətin kartını əldə etməsi mümkündür. Burada heç bir ölkə vətəndaşına məhdudiyyət yoxdur. Lakin vətəndaş turist kimi gəlibsə və qısa müddətdən sonra öz ölkəsinə dönəcəksə o zaman səfər etdiyi ölkədə “MasterCard”ın kartını əldə etməsi qaydalara uyğun deyil.

“Visa” beynəlxalq kart təşkilatının mətbuat xidmətindən “Report”a verilən açıqlamada isə qeyd edilib ki, “Visa” emitenti kartların emissiya ilə bağlı əməliyyatlarını həyata keçirmək üçün lisenziyası olduğu ölkədən kənarda müştərilərə müraciət edə və ya “Visa” kartları buraxa bilməz: "Bu qayda uzun illərdir ki, mövcuddur və bütün regionlarda tətbiq olunur. Bütün “Visa” məhsulları bu təşkilatın qaydalarına və qüvvədə olan qanunlarına uyğun olaraq verilməlidir. Buraya müştəriləri tanımağa dair tələblər (“Know Your Client”) və çirkli pulların yuyulması ilə mübarizə də (“Anti-Money Laundering”) daxildir".

Şirkət tərəfindən əlavə edilib ki, xarici vətəndaşa başqa ölkədə çalışarkən iş icazəsi verilir: "Verilən icazəyə əsasən onlara kartların verilməsi məsələsinə baxılır. Burada daha çox ölkənin qoyduğu qanunlara diqqət yetirilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            564 15.11.23 21:55