“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
1992-ci il təvəllüdlü Həsənov Elman Azər oğlu dava zamanı əvvəlcə bıçaqlanıb, sonra isə döyülüb.
Yaralı təcili tibbi yardımın köməkliyi xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun, baş nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yaraları və üz nahiyələrinin əzikləri diaqnozları qoyulub.