Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Leyla Əliyevanın “Sevgi” kitabının təqdimatı olub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Leyla Əliyevanın “Sevgi” kitabının təqdimat mərasimi olub.

"Şərq-Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlının moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Xalq yazıçısı Elmira Axundova kitab haqqında ətraflı məlumat verib: “Leyla xanımın kitabları zövqlü, fəlsəfi və dərin mənalı kitablardır. Burada fərqli cəhət var. Kitabda Leyla xanımın şeirləri yer alıb. Leyla xanım öz üzərinə böyük məsuliyyət götürüb. O, dahi babası və atası kimi Azərbaycan üçün böyük işlər görür. Leyla xanım çox istedadlı və yaradıcı insandır”.

Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov Leyla Əliyevanın çəkdiyi rəsmlər barədə danışıb. Bildirib ki, hər yaradıcı insanın rəsmlərində öz səsi var. “O səsi Leyla Əliyevanın əsərlərində hiss etmək olar. O, rəsmlərində iki minimal rənglərdən istifadə edir və onların vasitəsilə tamaşaçıya öz fikrini çatdırır”, - deyə A.Hüseynov qeyd edib.

“Şərq-Qərb” nəşriyyat evinin direktoru Sevil İsmayılova qeyd edib ki, kitabın adının “Sevgi” olması heç də təsadüfi deyil: “Çünki Leyla Əliyeva yaratdığı hər bir şeyə öz sevgisini qatır. Nəşrdə, həmçinin Leyla xanımın şəxsən özü hazırladığı şirniyyatların reseptləri yer alıb”.

Təqdimatda, eyni zamanda, Leyla Əliyevanın rəsm əsərlərindən ibarət olan kataloq təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Leyla Əliyevanın “Sevgi” kitabında yer alan reseptlərin əsas xüsusiyyəti onların şəkərsiz olmasıdır. Reseptlərin hər biri kitabda Leyla Əliyevanın şeirlərindən parçalarla müşayiət olunub. Bu nəşr Bakı Kitab Mərkəzinin bilavasitə iştirakı ilə “Şərq-Qərb” nəşriyyatında çap olunub. “Sevgi” kitabı Azərbaycan, türk, ingilis və rus dillərindədir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            834 15.11.23 21:08