Bu əlamətlər varsa, qaraciyərinizi yoxladın » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Bakıda eyni ünvanda iki kişi meyiti aşkarlandı: Biri öldürülüb  |     23:57 Bakıda yunan musiqisi gecəsi keçirilib  |     23:50 Avropada qazın qiyməti həftə ərzində 17 % bahalaşıb  |     23:44 Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb  |     23:38 Türkiyədə rekord sayda yoluxma qeydə alınıb  |     23:30 Çadda icmalararası toqquşmalarda 14 nəfər ölüb  |     23:22 Gürcüstan Prezidenti: "Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək"  |     23:15 Yanvar üzrə bütün sosial ödənişlər başa çatdırılıb  |     23:08 YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI  |     22:59 BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası yanvarın 31-nə təyin edilib  |     22:53 Britaniya səfiri: "Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq imkanları çoxalıb"  |     22:46 “Brent” markalı neft bahalaşıb  |     22:42 Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib  |     22:35 Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokurora müraciət ediblər  |     22:29 Qubada şəhid bulağının açılışı olub  |     22:19 UEFA "Marsel" - "Qarabağ" oyunu üçün iki variant təklif edib  |     22:14 Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb  |     22:07 “Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb  |     22:01 Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub  |     21:55 Ukraynanın tanınmış boksçusu intihar edib  |    

Bu əlamətlər varsa, qaraciyərinizi yoxladın
Qaraciyər güclü, dözümlü orqan olsa da, müasir insanın qidası, həyat tərzi, vərdişləri onu sıradan çıxarmağa yönəlib. İndi çox insan qaraciyərindən şikayətçidir, çoxu qaraciyərinin vəziyyətindən xəbərsizdir, simptomlara əhəmiyyət vermir, sonda isə qaraciyərin tam sıradan çıxması ilə üz-üzə qalır.

Median.Az
medicina.az-a istinadən əsrin bəlası olan qaraciyər çatışmazlığına doğru yol alan simptomları təqdim edir. Əgər sizdə bu simptomlardan azı 5-i varsa, o zaman təcili terapevt, hepatoloq və qastronenteroloqa getməlisiz. Bu əlamətlərin bəziləri o qədər qeyri-adidir ki, insan qaraciyərindən heç şübhələnmir.

1.Xəstəliyin başlanğıcında iştah azalır, tamam itir, yediklərinin dadını hiss etmirsən, aclıq hissi olsa da yeməyə həvəs olmur, yedikdən sonra ağırlıq, ağrı əlamətləri yaranır

2.Səbəbsiz əzginlik, yorğunluq, zəiflik, ürəkbulanma - xüsusən səhərlər və axşama doğru əlamətlərin kəskinləşməsi

3.Dəridə ləkələnmə, səpkilər, xüsusən qanayan səpkilər, dərialtı qançır, qansızmalar

4.Əzələ, oynaq, sümüklər sızıldayır, ağrıyır

5.Gözlərdə, göz dibində, ağızda, boğazda quruluq

6.Dilin gücgü kimi hamarlaşması, mərmər effekti, tünd qırmızı rəng alması

7.Əl barmaqlarının formasının dəyişməsi, baraban çubuğuna bənzəməsi, barmaqların tam düz açılmasına maneə, barmaqların əsməsi

8.Kişilərdə süd vəzilərin böyüməsi, tüklənmənin pozulması

9.Ovucların saralması, rənginin dəyişməsi

10.Sidiyin rənginin və qoxusunun dəyişməsi, tündlük və kəskin qoxu

Bu əlamətlər qaraciyərlə əlaqəsini qan və sidik analizi ilə təsdiqini tapacaq. Analizlərdə dəyişikliklər göz önündə olacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            111 02.12.21 23:21