Android üçün nəzərdə tutulmuş yeni bank troyanı aşkar olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:14 Vəfat edən şəxsin pensiya kapitalının taleyi necə olacaq?  |     18:03 Tovuzda bıçaqlanma hadisəsi baş verib  |     17:38 Azərbaycanda atalara tam ödənişli məzuniyyət veriləcək  |     17:27 Bakıda avtomobillə vurulan gəncin ayağı sındı  |     17:07 Baş Prokurorluq bu şəxslərə xəbərdarlıq etdi  |     16:57 Rus Dram Teatrının aktyorları koronavirusa yoluxdu  |     16:56 Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI  |     16:53 Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı 3000-i ötdü - FOTO  |     16:52 Paşinyanın partiyası prezidentliyə namizədini seçdi  |     16:51 Cəlilabadda avtomobil aşdı: Ölən və yaralananlar var  |     16:51 Azərbaycanda ata uşağını qaçırtdı: Dövlət qurumundan AÇIQLAMA  |     16:50 Koronavirusa yoluxanların 90 %-də “Omikron” ştammı aşkarlanır - RƏSMİ  |     16:50 Xudafərin sərhəd keçid məntəqəsi ilə bağlı razılıq əldə olunub  |     16:48 Nazirlik rəsmisi koronavirus və infeksiyalardan DANIŞDI  |     16:47 Kirayə çadır xidməti göstərən şəxs həbs edildi  |     16:23 Buster doza ilə peyvəndlənməyənlər fevralın 15-dən toylara buraxılmayacaq  |     16:01 Bakıda qeyri-qanuni bina tikintisinin qarşısı alındı - VİDEO  |     15:49 "Azdrama" koronavirusa görə BAĞLANDI  |     15:34 Mənzillərin "kupça" problemi niyə həll olunmur? - VİDEO  |     15:29 Buster dozası olmayan şəxslər bir sıra xidmətlərdən istifadə edə bilməyəcək - SİYAHI  |    

Android üçün nəzərdə tutulmuş yeni bank troyanı aşkar olundu
Kibertəhlükəsizlik sahəsində olan mütəxəssislər Android əməliyyat sistemi üçün nəzərdə tutulmuş yeni bank troyanı (trojan) aşkar ediblər. Aşkar edilmiş yeni zərərli proqram təminatı istifadəçilərin moobil cihazlarına daxil olaraq bank tətbiqlərində və kriptovalyuta portmanatlarında olan məlumatları əldə etməyə çalışır. Sözügedən bank troyanı SharkBot adlanır. Bu troyan vasitəsilə kiberhücumlar hələ oktyabr ayının sonunda baş vermişdi və həmin vaxtda bu kiberhücumları Cleafy və ThreatFabric adlı şirkətlərin mütəxəssisləri təyin etmişdilər. Mütəxəssislər qeyd ediblər ki, onlar hal hazırda Google Play-də bu troyana sahib olan tətbiqlərin mövcudluqlarını aşkar etməyiblər. Görünür, SharkBot-un yaradıcıları sosial mühəndislik vasitəsilə istifadəçiləri fərdi şəkildə zərərli proqram təminatını yükləməyə və quraşdırmağa (sideloading) məcbur edirlər.

Google dəfələrlə bu cür yükləmə üsulunun riskli olması barəsində xəbərdarlıq edib. Nəticədə SharkBot Android sisteminə quraşdırılandan sonra o, sistemdəki lazımi hüquqları tələb edir və Android Accessibility adlı xüsusi imkanlar üzərində idarəetməni ələ keçirtməyə çalışır. SharkBot həmçinin məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuş saxta səhifə formalarını əks etdirə, virtual klaviaturada qeyd olunan məlumatları yaza, SMS mesajlardan iki faktorlu autentifikasiya şifrələrini oğurlaya və bank tətbiqləri ilə kriptovalyuta portmanatlarının işlərinə qarışa bilər. Mütəxəssislər qeyd ediblər ki, Android troyan hal hazırda hazırlanma mərhələsindədir. Buna görə də onun yaradıcıları ona funksional imkanlar əlavə etməyi planlaşdırırlar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 02.12.21 23:14