Azərbaycanda vulkan püskürməsi gözlənilir: Vaxtı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda vulkan püskürməsi gözlənilir: Vaxtı açıqlandı

“Proqnoz kimi deyə bilərəm ki, Azərbaycanda gələn il vulkan püskürəcək”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında neftçi-geoloq, geokimyaçı və vulkanoloq, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, vulkanların qorunması hər zaman diqqət mərkəzindədir və ehtiyac olanda vulkanların monitorinqi aparılır:

“Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelaqında yerləşən vulkanların 100-dən artığı Qobustandadır. 40 vulkan yer səthinə çoxlu neft çıxarır. Bakı arxipelaqında səkkiz palçıq vulkanı mənşəli adalar mövcuddur. Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında - Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır”.

Azərbaycanın palçıq vulkanlarının diyarı olduğunu qeyd edən A.Əliyev vurğulayıb ki, ölkəmizdəki palçıq vulkanları təbii sərvətlər qaynağıdır. Azərbaycan palçıq vulkanlarının vətəni sayılır:

“Burada palçıq vulkanı təzahürlərinin bütün formalarına təsadüf edilir. Palçıq vulkanları olan yerə mütləq neft və qaz toplanır. Təsadüfi deyil ki, palçıq vulkanlarını bəzən “yanacaq xəzinəsi” axtarmaq üçün mayak hesab edirlər. 2008-ci ildə Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Azərbaycanın palçıq vulkanları” kitabçasında 25 vulkanın turist marşrutları verilib. Həmin bələdçi kitabçası ilə yanaşı, ayrıca altı turist marşrutu Mədəniyyət Nazirliyinə təqdim olunub”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 15.11.23 11:30