İsrail mətbuatı: HƏMAS-ın raket hücumları əhəmiyyətli dərəcədə azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Dünya “donur”: 100 ilin ən soyuq qışı  |     21:07 Qarabağ Universiteti bu binada fəaliyyətə başlayacaq: Xankəndidən unikal GÖRÜNTÜLƏR  |     20:56 “Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ - FOTO  |     20:49 Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirilib  |     20:41 HƏMAS Təl-Əvivə raket zərbələri endirib  |     20:33 Rumıniya yığması Azərbaycanla qarşılaşmaq istəmir  |     20:25 Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib  |     20:11 SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb  |     19:59 “Düşən pullar”da həyacanlı anlar: KVN-çilər Veneraya görə uduzdular​ - VİDEO  |     19:51 Bakı metrosunda sıxlıq yarandı - FOTO  |     19:44 Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu  |     19:37 Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub  |     19:30 Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib  |     19:23 Xidmət direktoru: "Muxtar respublikada epidemioloji vəziyyət stabildir"  |     19:10 ANAMA: Azad edilmiş ərazilərdə daha 61 mina, 579 PHS aşkarlanıb  |     18:19 AQTA Azərbaycana məhsulları ixrac olunan 272 xarici qida obyektində qiymətləndirmə aparıb  |     18:04 İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir  |     17:54 Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi  |     17:02 Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır  |     16:27 Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb  |    

İsrail mətbuatı: HƏMAS-ın raket hücumları əhəmiyyətli dərəcədə azalıb

Altıhəftəlik hərbi toqquşmalardan sonra İsrail Fələstinin HƏMAS hərəkatı tərəfindən öz ərazisinə raket hücumlarının intensivliyində əhəmiyyətli dərəcədə azalma qeydə alıb.

İsrail mətbuatı bu barədə statistik məlumatlara istinad edərək məlumat paylaşıb.

Mənbə yazır ki, müharibə elan edildikdən və HƏMAS-a qarşı hava və quru əməliyyatlarının başlamasından sonra İsrailə 7 minə yaxın raket atılıb, lakin artıq intensivliyin azaldığı müşahidə edilib.

Məlumatda, həmçinin qeyd olunub ki, müharibənin ilk günlərində İsraildə hava hücumu xəbərdarlığı o qədər tez-tez elan edilib ki, bir çox yaşayış məntəqələrinin sakinləri gündə bir neçə dəfə sığınacaqlara qaçmağa məcbur olublar, amma hazırda vəziyyət dəyişib.

Qeyd edək ki, İsrail və HƏMAS hərəkatı arasında müharibə oktyabrın 7-dən davam edir.

Mənbə: The Times of Israelскачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 14.11.23 12:20