Bu il Azərbaycanda istehlakçılara 126 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Balakəndə ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub  |     22:52 Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir  |     22:45 ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır  |     22:36 Gəncədə piyadanı maşın vurub  |     22:28 Səbinə Əliyeva: “Ermənistanda Azərbaycan Ordusunun hərbçisinin ömürlük həbs olunması beynəlxalq hüquqa ziddir”  |     22:20 HƏMAS İsrail ərazisinə indiyə qədər 12 minə yaxın raket buraxıb  |     22:13 İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü - FOTO  |     22:06 Qumarda külli-miqdarda pul itirən şəxs oğurluq etdi - TƏFƏRRÜAT + FOTO  |     21:53 Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İZAH  |     21:43 Mədəkiçiltmə əməliyyatından sonra ölən 24 yaşlı Vüqarla bağlı - YENİ DETAL  |     21:25 Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İZAH  |     20:41 Şəxsi məlumatlarınızın asanlıqla oğurlanmasına səbəb olan 5 SƏHV  |     20:38 Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır  |     20:35 Rejissor Emil Quliyevin filmi üçün yığılan pul mənimsənilib - İDDİA  |     20:31 Ombudsman: “Yeni Kaledoniya polisinin jurnalistlə davranışı mətbuat azadlığının pozulmasının göstəricisidir”  |     20:26 Masallı şəhəri ərazisində “Kalaşnikov” avtomatı aşkarlanıb  |     17:36 Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var  |     17:05 Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? - RƏSMİ AÇIQLAMA  |     16:07 Dollara tələb getdikcə artır: Manatın məzənnəsi dəyişəcək?  |     15:52 “Qobu Park-2” yaşayış kompleksində faciəli ölüm  |    

Bu il Azərbaycanda istehlakçılara 126 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Bu ilin yanvar-oktyabr aylarında fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsullarının, avtomobillərin, alkoqollu içkilərin və tütün məmulatların satışı istisna olmaqla) və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 126,6 milyon manatı istehlakçılara qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qurumun açıqlamasında deyilir ki, Azərbaycanda uğurla tətbiq edilən “ƏDV geri al” layihəsi iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.

Qeyd edək ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir sıra məqamlara diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı – fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Digər məqamlar satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi, satılan malın isə ƏDV-yə cəlb olunmasıdır.

Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-i, nağd ödənişlər üzrə 5 %-i müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual "pul qabı"na yerləşdirilir.скачать dle 11.3




Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            582 13.11.23 19:49