Azərbaycan iki beynəlxalq sazişə qoşuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:59 Balakəndə ətraf mühiti çirkləndirən şəxs məsuliyyətə cəlb olunub  |     22:52 Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir  |     22:45 ABŞ-Azərbaycan əlaqələri artıq müsbət məcraya qayıdır  |     22:36 Gəncədə piyadanı maşın vurub  |     22:28 Səbinə Əliyeva: “Ermənistanda Azərbaycan Ordusunun hərbçisinin ömürlük həbs olunması beynəlxalq hüquqa ziddir”  |     22:20 HƏMAS İsrail ərazisinə indiyə qədər 12 minə yaxın raket buraxıb  |     22:13 İstanbulda Somali prezidentinin oğlunun maşınla vurduğu kuryer öldü - FOTO  |     22:06 Qumarda külli-miqdarda pul itirən şəxs oğurluq etdi - TƏFƏRRÜAT + FOTO  |     21:53 Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İZAH  |     21:43 Mədəkiçiltmə əməliyyatından sonra ölən 24 yaşlı Vüqarla bağlı - YENİ DETAL  |     21:25 Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İZAH  |     20:41 Şəxsi məlumatlarınızın asanlıqla oğurlanmasına səbəb olan 5 SƏHV  |     20:38 Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır  |     20:35 Rejissor Emil Quliyevin filmi üçün yığılan pul mənimsənilib - İDDİA  |     20:31 Ombudsman: “Yeni Kaledoniya polisinin jurnalistlə davranışı mətbuat azadlığının pozulmasının göstəricisidir”  |     20:26 Masallı şəhəri ərazisində “Kalaşnikov” avtomatı aşkarlanıb  |     17:36 Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var  |     17:05 Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? - RƏSMİ AÇIQLAMA  |     16:07 Dollara tələb getdikcə artır: Manatın məzənnəsi dəyişəcək?  |     15:52 “Qobu Park-2” yaşayış kompleksində faciəli ölüm  |    

Azərbaycan iki beynəlxalq sazişə qoşuldu

Prezident İlham Əliyev “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bu barədə President.az xəbər verir.

Sənədlə Azərbaycan Respublikası 2021-ci il avqustun 26-da Abican şəhərində imzalanmış “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə və “Poçt ödəniş xidmətləri haqqında Saziş”in Yekun Protokolu”na Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) qoşulur.

Bu Qanun qüvvəyə mindiyi gündən “Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1728-VQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1914) 1-ci maddəsi ləğv edilir.скачать dle 11.3







Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            378 13.11.23 14:55