Ərdoğan: “Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Ərdoğan: “Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək”

“Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Ali Mədəniyyət, Dil və Tarix Qurumunun Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil etdiyi Mustafa Kamal Atatürkü anma tədbirindəki çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə onlarla hücumun qarşısını almış bir ölkədir: “Gələcəyimizi, müstəqilliyimizi hədəfə alan daxili və xarici ssenariləri, çirkin ittifaqları bir-bir üzə çıxardıq”.

Ərdoğan deyib ki, ölkənin əsas infrastruktur ehtiyaclarını ödəyiblər: “Biz hər sahədə çox yaxşı səviyyədəyik. PKK-dan FETÖ-yə qədər terror təşkilatlarını fəaliyyət göstərə bilməyəcək hala gətirmişik”.

Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin qurucusu və əbədi lideri Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya Muzeyindən Anıtqəbirə köçürülüb. Hər il noyabrın 10-u Atatürkü anım günü olaraq qeyd edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            678 10.11.23 14:36