Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 BDU-dan SON DƏQİQƏ açıqlaması - Heç bir əməkdaşı... | 18:17 Azərbaycanda həbsxanada oxuyan uşaqların sayı | 18:14 Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb | 18:11 Leyla Əliyeva Vyetnam səfərindən paylaşım edib | 18:06 Elektrikli avtomobillər xərçəngə səbəb olur? - ARAŞDIRMA | 17:59 Gədəbəydə avtomobil 6 yaşlı qızı vurdu | 17:50 "Vyetnam səfərimin nəticələrindən çox məmnunam" | 17:42 Bakıda istilik problemi: Magistral xətdə axıntı, binada ventil oğurluğu | 17:35 Yeni sanksiyalardan sonra Tatyana Kim "Wildberries"in rəhbəri postundan getdi | 17:27 60 yaşdan sonra gəzməkdən daha faydalı ola biləcək 4 məşq | 17:12 Dekabrda 9 gün iş olmayacaq | 17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib |
Mojo.az Avto
Mojo.az Avto

​Rüşvət alarkən tutulan məmurlara ağır cəza istənildi

04.11.2023 16:39 2 616
​Rüşvət alarkən tutulan məmurlara ağır cəza istənildi
Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisləri - Adil Hüseynov və Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Hüseynov və T.İsgəndərovun 9 il müddətinə azadlıqdan məhrum olunmalarını tələb edib. Vəkillərə müdafiə çıxışına hazırlaşmaları üçün vaxt verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

İttihamda deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmaması müqabilində rüşvət alıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, vəzifəli şəxslər vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıblar.

Son xəbərlər